Page 213 - Tarey Vesos_Макет 1
P. 213

Quşlar
                               İKİNCİ HİSSӘ


                                     18

             Yonca dolu çәmәn elә yaxınlıqdaydı ki, hәmin tәrәfdәn әsәn
          külәk meşәnin içiylә qoxusunu bura da gәtirirdi. Ot biçini
          mövsümü başlanmışdı.
             Yenidәn ailәnin başçısı olması Mattisi narahat edirdi: kiminsә
          biçәnәyindә onun üçün bir iş niyә axı tapılmırdı? Bu sual
          sәhәrdәn-axşamacan başı üzәrindә asılıb qalırdı. Böyük, müstәqil
          adamdı – nәdәn axı biçinin bu qızğın çağında bütün günü bekar
          qalmalıdı?
             Evdә biçinin adını belә çәkәn yox idi, amma hәr an kimsә
          gәlib Mattisin ona ot yığmağa kömәk etmәsini xahiş edә bilәrdi.
          Ona görә dә indi ailәnin başçısı Xeqedәn çox, Mattis idi.
          Özünәinamsız adam üçünsә bu, hәm yaxşı, hәm dә pis idi.
             Artıq sәhәr tezdәn axşamdan keçәnәcәn çәmәnlikdәn
          biçinçilәrin dәryazlarının sәsi gәlirdi. Mattis çoxmәnalı tәrzdә
          öskürürdü, biçin işi birbaşa ona aid olduğundan buna haqqı
          çatırdı. Әlbәttә, tezliklә onun dalınca da gәlәcәklәr.
             Yox, gәlәn yoxdu.
             Yox, onların evindә hәmişәki kimi sakitlikdi.
             Yәni Xeqe, adәti üzrә, yenә ildırım sürәtiylә toxumağındadı.
          Yeni-yeni koftalar peyda olur.
             Bu gün dә gәlәn olmadı. Mattis öskürüb sanki hәlә dә
          gözlәdiyini vurğulamaq istәyirdi. O biri gün dә dalınca gәlәn
          olmadı.
             Әslindә, belә olacağını Xeqe dә, Mattis dә әvvәldәn bilirdi.
          Sәrsәmin necә işlәdiyi qәsәbәdә hamıya bәlli idi. Bu, Xeqeyә,
          Mattisә dә aydın idi, amma әgәr dörd bir tәrәfdә biçinçilәr iş
          başındadısa, hamı tәri dabanından axa-axa yaşıl otu qurudursa,
          insan istәr-istәmәz onu da çağıracaqlarına ümid edir.
             Mattis sanki onlara bәraәt qazandıraraq:
             – İndi iş çox sürәtlәnib, – dedi. – Onların maşınları var.

                                    213
   208   209   210   211   212   213   214   215   216   217   218