Page 211 - Tarey Vesos_Макет 1
P. 211

Quşlar
             Sakit iyun gecәsindә bu fikir başı üzәrindәn soyuq külәk
          kimi әsib keçdi. Bu düşüncәdәn qorxub, qәflәtәn özünü hamı
          tәrәfindәn atılmış kimi hiss etdi – sanki Xeqe dә valdşnep kimi
          iri bir daşın altında uzanmışdı.
             Vә gözünә pәrdә çәkildi.
             Vә çaylar daha axmadı.
             Belә qeyri-adi sözlәrdәn duyduğu sevinc bu dәfә yox idi.
          Hәyәcanla gölmәçәyә, otlara, yatmış meşәyә baxdı. Üşüyürdü.
          Nә olur-olsun, Xeqenin yanına getmәliydi. Bütün baş verәnlәrdәn
          sonra bu gecә onsuz qala bilmәzdi.
             Mattis bacısının qapısını döydü. Qapının deşiyindәn:
             – Xeqe, mәni yanına burax, tәk qala bilmәrәm, – dedi.
             Xeqenin güzgünün altında, divarın yanındakı qaraltısını
          görürdü.
             Bacısı gözlәmәdiyi halda itaәtlә:
             – Gәl, – dedi.
             Demәk, o da yatmayıb. Mattis içәri girәndә bacısı sakit
          tәrzdә soruşdu:
             – Dediklәrimin hamısını etdin?
             – Hә, amma…
             – Başqa da nәsә var? – Xeqe dәrhal soruşdu.
             Xeqenin bu yumşaqlığı Mattisә daha çox әzab verirdi. Yatmağa
          qoymadığına görә bacısı ona acıqlansaydı, bundan yaxşı idi.
             – Sәnә deyә bilmәrәm. Әslindә, elә buna görә sәnin otağında
          yatmaq istәyirәm.
             – Qorxmalı bir şey yoxdu, – bacısı fikirlәşmәdәn dedi.
             – Mәn qorxuram? Nәdәn?
             – Bilmirәm, sadәcә sәsindәn elә hiss etdim ki, nәdәnsә qor -
          xur san. Sәn gәrәk o quşu yaddan çıxarasan.
             – Yox! – Mattisin içindәn qopub çıxdı. – Mәn tәkcә o quşu
          düşünmürәm.
             – Gәl yanımda uzan. O dәqiqә yuxuya gedәcәksәn.
             Yaxın gәlib onun yanındakı adyalın üstündә uzandı. Bacısı
          olsa da, Xeqedәn qadın qoxusu gәlirdi. Mattisin fikirlәri qarışdı.
             Xeqe soruşdu:

                                    211
   206   207   208   209   210   211   212   213   214   215   216