Page 210 - Tarey Vesos_Макет 1
P. 210

Tarey Vesos
                – Bilmirәm, amma mәnә baxdığı dәqiqdi.
                Xeqe:
                – Bu fikirlәri başından çıxar, – dedi. – Әgәr o quş ölmüşdüsә,
            sәnә baxa bilmәzdi. Boş şeydi.
                Mattis:
                – Sonra gözlәrinә pәrdә çәkildi – dedi.
                Xeqe bütün bunlara son qoymaq üçün qәtiyyәtlә:
                – Belә şeylәri başından çıxar, – dedi. – Bu quşu da buradan
            götür, istәmirәm, stolda qalsın. Biz onu yemәyәcәyik.
                Mattis sәksәndi:
                – Onu yemәk… yox…
                – Apar onu iri bir daşın altında gizlәt.
                – İri daşın? Niyә?
                – Yeri rahat olsun.
                Mattis minnәtdarlıqla:
                – Düzdü, – dedi.
                – Sonra da tez gәl yat. Daha әlimizdәn nә gәlәr? Aydın oldu?
            Belә şeylәrlә gәrәk barışasan.
                – Hә, amma…
                – Bәsdi, Mattis. Hәrdәn belә şeylәr olur.
                Mattis:
                – Bunu mәn dә bilirәm, – dedi. – Sәndәn başqa şey soruşmaq
            istәyirdim.
                Xeqenin әyni nazik idi, üşüdüyünü hiss edib otağına keçdi.
            Mattis isә valdşnepi aparıb Xeqe deyәn kimi elәdi.



                                        17

                Yorulub tәrlәmişdi, amma işin әn çәtin hissәsi artıq geridә
            qalmışdı. Valdşnepin xatirәsi vә tәhlükәsizliyinә görә bura lap
            qaya boyda bir daş diyirlәdib gәtirmişdi. Bütün gücü buna getdi.
            Artıq gecәyarıydı.
                Sonra dincәlmәk üçün elә bu daşın üstündә oturdu. Qәflәtәn
            ağlına belә bir fikir gәldi: “Әgәr bu, Xeqe olsaydı…”

                                       210
   205   206   207   208   209   210   211   212   213   214   215