Page 214 - Tarey Vesos_Макет 1
P. 214

Tarey Vesos
                Özünü biganә göstәrmәk istәsә dә, hәyәcanlandığı aşkar
            bilinirdi: bu vәziyyәtdә necә ailә başçısı ola bilәrsәn. Yatmazdan
            әvvәl dedi:
                – Valdşnep hәlә dә daşın altındadı.
                Xeqe әl saxlayıb narazı halda soruşdu:
                – Nә olsun?
                – Heç nә, deyirәm, mәn nә elәsәm dә, o, elә daşın altındadı.
                Xeqe kәskin tәrzdә:
                – Sәn dә lap boşboğazın birisәn, – dedi vә otağına tәrәf getdi.
            Amma qapıya çatanda bu sözlәrinә peşman olub:
                – Elә-belә, ağzımdan çıxdı, – dillәndi.
                Mattis tәәccüblәndi. Xeqe heç vaxt öz sözlәrindәn belә rahat
            imtina etmәzdi. Vәziyyәtdәn istifadә edib dedi:
                – Hә, sәnin anlamadığın şeylәr var.
                Bacısı etiraz etmәdi.
                Yazda bacısına belә bir söz demәyә cürәti çatmazdı. Ola
            bilsin, bacısı da tәәccüblәndi, amma üzә vurmadı.
                Sәhәr Mattis çöl işlәrinin qızğın çağında şehdәn islanmış
            qәsәbәylә addımlayırdı. Bu yerişdә nә bir inadkarlıq, nә dә
            özünü yada salmaq istәyi vardı. Sәbәbi izah etmәk çәtin idi, çox
            güman, onu özünә çәkәn, iş mövsümünün hay-küyü idi. Dәryazlar
            biçirdi, otlar yıxıldıqca tayalar ucalırdı: uşaqdan böyüyә hamı iş
            başındaydı. Hamı güclü vә ağıllı görünürdü. Mattis dayandı.
            Hәmişә qarşısına nәsә gözәl bir şey çıxanda istәr-istәmәz ayaq
            saxlayırdı.
                Kimsә qurudulmaq üçün olan bir qucaq uzun otla qarşısına
            çıxdı. Gizlәnmәk artıq gec idi.
                Mattisdәn:
                – Hәlә dә boş-bekarsan? – soruşdu.
                Mattis ümidlә ona baxanda hәmin adam dillәnmәli oldu.
                – Bәlkә, biz taya vurmağa başlayanda quru otu yığmaqda
            bizә kömәyә gәlәsәn? Qoy hәlә qurusun, bir sәhәr sübh tezdәn
            gәlәrsәn.
                Mattis sevindi:
                – Yaxşı, – dedi, – mәn bacarıram, bu işi artıq görmüşәm.

                                       214
   209   210   211   212   213   214   215   216   217   218   219