Page 219 - Tarey Vesos_Макет 1
P. 219
Quşlar
20
“Bul-bul” – bu dәfә su qayığın altından daha ucadan “dillәndi”.
Mattis diksinib xәyallardan ayıldı – su dizinәcәn qalxmışdı.
Görünür, bu gün qayığa minәndә onun cürümüş altlığını zәdәlәmişdi –
su indi hәmişәkindәn daha sürәtlә yığılırdı.
Yәqin, düşüncәlәrә çox dalmışdı. Su ayağına çatanda hiss
elәmәmişdi. Hәm su istiydi, hәm dә Mattis kәnar şeylәr barәdә
düşündüyündәn onun varlığını sezmәmişdi. Amma bu su onun
üçün ölümcül dәrәcәdә tәhlükә demәk idi. Çünki üzmәyi
bacarmırdı. İndi qayıqla birlikdә sulara qәrq olacaqdı.
– İstәmirәm, – gözlәrini bәrәldib qışqırdı vә var qüvvәsiylә
suyu boşaltmağa başladı. Suyu boşalda-boşalda suyun içindә
oturub qalmışdı.
Heç qırx yaşım da yoxdu, düşünürdü, ölmәk mәnә hәlә çox
tezdi.
Soyuq tәr içindәn baxıb gördü ki, boşaltdıqca su nәinki
azalır, әksinә, artır.
– Kömәk elәyin! Batıram! – var gücüylә qışqırdı. – Ey,
kömәyә gәlin! Tez! Tez elәyin!
Faydası yox idi, çox uzağa üzmüşdü, sәsi sahilә çatmırdı.
Sahildә, güclә görünәn evlәrdә bu harayı eşitmirdilәr. Nә
qәdәr elәsә dә, qayığın içindәki su durmadan artırdı.
Hәr şey bir göz qırpımında oldu.
Suyun dәrinliyindәn kiminsә gözlәri ona zillәnmişdi.
– Yox! – qışqırdı.
Baxışlarını düz ona baxan gözlәrdәn çәkә bilmirdi. Başqa
heç nә, yalnız gözlәr.
Amma ölmәk istәmirdi.
Rәng-ruhu ağarmış halda:
– İstәmirәm! – qışqırdı.
Suyu boşaldan vaxt gözünә xırda, yalın bir ada sataşdı. Lap
yaxınlığında idi. Bircә ona çata bilsә, xilas olacaq.
Fikirlәri iti vә aydın idi. Çanağı tullayıb avardan yapışdı.
Qayıq sudan әyilib ağırlaşsa da, hәr halda, yerindәn tәrpәnә
bildi. Mattis avarı var qüvvәsiylә çәkirdi. Adәtәn, onda bu qәdәr
219