Page 222 - Tarey Vesos_Макет 1
P. 222
Tarey Vesos
Nәhayәt, anladı ki, bu, bir zarafatdı. Gülüş sәslәri dörd bir
tәrәfinә noxud kimi sәpәlәndi. Hәtta dadlı sarı noxud yadına
düşdü. Qız sәsi dedi:
– Cavan oğlan qalx, yoxsa istәyirsәn, sәni çimizdirәk?
O biri sәs soruşdu:
– Niyә qayıqdakı suyu boşaltmamısan? Qayığın lap dibә
oturub ki.
Mattis başını silkәlәdi – bunun yuxu olmadığına әmin olmaq
istәyirdi. Sonra yumruğunu qayığa vurdu vә әli әzilәndәn sonra,
nәhayәt, öz gözlәrinә inandı. Ürәyi yerindәn qopub hülqumuna
dirәndi. Yox, yuxu deyildi, hәqiqәtәn dә, yanında iki qәşәng qız
dayanmışdı.
Qızlar gülә-gülә:
– Sәni qayıqdan çıxaraq? – soruşdular. – Çox sәfeh iş
görmüsәn.
– Doğrudan da, sәfeh işdi, – fikrini cәmlәmәyә çalışaraq
dәrhal cavab verdi. – Әslindә, mәn belә şeylәrә öyrәncәliyәm, –
bir qәdәr özünә gәlib әlavә etdi.
İri gözlәri daha da böyüdü.
Qızlar ona qulaq asmırdılar. Nәyә işarә etdiyini dә anlamadılar.
Qızlardan biri onun ayağına tәrәf әyilib düyünü açdı. Mattis
qızın barmaqlarının onun çılpaq ayaqlarına toxunuşunu hiss edә-
edә oğrun-oğrun ona baxırdı. Bütün bunlar – görüntü dә, hisslәr
dә onun üçün qeyri-adiydi. Nәhayәt, hәr şeyi birdәn gördü:
qızların üzüb gәldiklәri, onunkunun yanında dayanan gözәl,
yenicә rәnglәnmiş qayığı da, burada istirahәt edәnlәrin hamısı
kimi şәn, gündәn qaralmış qızların özlәrini dә... Qayıqda gün
gödәkcәsi, başqa paltarlar atılıb qalmışdı, qızlar çimәrlik geyimindә
idilәr, istәnilәn an suya atıla bilәrdilәr.
Mattis tez-tәlәsik onları nәzәrdәn keçirdi. İndi әsas odur,
nәsә bir sәfehlik etmәsin. Әgәr hәr şeyi korlasa, uzun müddәt
bunun xәcalәtini vә peşmançılığını çәkәcәk.
– Elә bil yuxudayam, hәmişә arzusunda olduqlarımı görürәm, –
uzaqdakı sahilә baxa-baxa dillәndi. Amma gәrәk ora baxmayaydı. –
Әslindә, mәn çox şey arzulayıram, – gözlәnilmәdәn әlavә etdi.
Qızlar tәәccüblә ona baxdılar.
222