Page 227 - Tarey Vesos_Макет 1
P. 227

Quşlar
             Hәr iki qız gözünü yumdu. Günәş onları isidir, Mattis isә
          qızların qoxusunu canına çәkirdi.
             Mattisin içindә tufan qopmuşdu. Tәrpәnә bilmirdi. Yararsız
          halda suyun dibinә pәrçimlәnmiş qayığı onu xilas edә bilmәzdi.
          Ümidlә gölә baxırdı ki, gözünә başqa bir qayıq dәysә, әl elәsin.
          Amma qayıq-zad yox idi.
             Şükür ki, bu günü dә gördü.
             Çaşqınlığına baxmayaraq, bilirdi ki, bu dәqiqә yeganә istәyi
          bütün bu mәnzәrәdәn mәhrum olmamaqdı. Qızlar onun kimliyini
          sezmәmişdilәr vә özünü adi adam kimi aparmaq imkanı qazanmışdı.
          Hәtta nәfsinә boyun әyib onlara baxdı – qızlar gözlәri yumulu
          halda uzanmışdılar.
             Bu nәdi?
             Necә qәribәdi. İnanılmazdı.
             Belә şey ola bilmәz.
             Hәmişә tanıdığım qoxunu canıma çәkmәk.
             Bütün bu mәnzәrәni görmәk.
             Ona yaxın olan  Annanın gözlәrinin kirpiklәrin arasından
          parıldayıb ona baxdığını görәndә sәksәndi. Dәrhal baxışlarını
          gizlәtdi.
             Heç vaxt nәfsimә belә әyilmәmişdim. Buna görә Xeqe nәsә
          deyәr?
             İçindәki tufan әvvәlki kimi sakitlәşmәk bilmirdi. Heç kim
          tәrpәnmirdi. Çılpaq bәdәnlәrdәn xoş әtir yayılırdı.
             Az sonra Mattis boşluğa:
             – Per, – dedi vә bәdәnindәn bir gizilti keçdi.
             Anna gözlәrini tam açıb onun yanındaca ayağa qalxdı:
             – Necә dedin?
             – Per.
             Bu, dәhşәt idi, Mattis yalan demişdi, amma daha susa bilmirdi.
             İnger Annadan dәrrakәli çıxıb Mattisin nә demәk istәdiyini o
          saat başa düşdü vә başını qaldırıb:
             – Bu, o demәkdi ki, adı Perdi, – dedi. – Biz onu hәdәlәdik
          deyә qorxdu.
             Annanın eyni açılmışdı.

                                    227
   222   223   224   225   226   227   228   229   230   231   232