Page 226 - Tarey Vesos_Макет 1
P. 226

Tarey Vesos
                Nәhayәt, qızlar üzüb geri qayıtdılar. Yenә dәyişib hәmin o
            cürәtli vә şәn qızlar olmuşdular.
                – Gәrәk sәni sahilә çıxarıb hәyatını xilas edәk! – ona tәrәf
            qışqırdılar.  Atılıb-düşür, bir-birlәrinә su çilәyir, ayaqlarını elә
            qaldırırdılar ki, barmaqlarının ucu görünürdü.
                – Ora çox uzaqdı! – Mattisin qorxaq sәsi güllә kimi açıldı.
            Qızların sözündәn canına üşütmә düşmüşdü.
                Qızlar suyu köpüklәndirә-köpüklәndirә, fınxıra-fınxıra ona
            sәslәndilәr:
                – Bizim tәlәsәn yerimiz yoxdu. Adını bizә desәn, sәni sahilә
            çıxarıb sağ-salamat tәhvil verәrik.
                Qızların dodaqları al-qırmızıydı.
                Mattis başını buladı. Amma qızlar әl çәkmәdilәr. Onlar adanın
            yanında üzә-üzә şәnlәnir vә ona özlәrini tәqdim edirdilәr.
                – Mәnim adım Anna, onunku İngerdi. Gördünmü necә adi
            bir şey. İndi sәnin növbәndi.
                Yenә başını buladı.
                – Yox, sizә dedim axı.
                – İstәmirsәn, heç lazım da deyil. Yola gәlәnәcәn burada otu -
            rub qalacaqsan, inadkar uzunqulaq!
                Qızlar yenidәn bir-birlәrinә su çilәmәyә başladılar.
                Mattis qızlara tәrәf qışqırdı:
                – Siz heç nә bilmirsiz! Bәsdi! Belә sözlәr lazım deyil.
                Qızlar onun nә dediyini başa düşmәdilәr, dönüb yenidәn
            üzmәyә, şәnlәnmәyә davam etdilәr.
                Bircә üzüb mәndәn uzaqlaşmasınlar. Mattis belә istәyirdi.
            Bircә üzüb getmәsinlәr. Bu axı hәyatında ilk dәfәydi. Sonra
            başını aşağı salıb öz damğasını canında hiss elәdi: nә qәdәr ki
            mәni tanımayıblar, buradan getmәlәri yaxşıdı.
                Qızlar bir-birlәrinә su çilәyә-çilәyә adaya çıxıb, saçlarını
            geri atdılar, qayığın üstә әyilib dәsmalı götürdülәr vә gündәn
            qaralmaq üçün Mattisin yanında uzandılar – onsuz da, adada
            başqa boş yer yox idi.
                İnger:
                – Sәn gәrәk bizi bağışlayasan, – dedi. – Bu adacıqda gözdәn
            uzaq bir yer yoxdu, dörd bir tәrәf ucu şiş daşlardı. Bizә dözmәli
            olacaqsan.
                                       226
   221   222   223   224   225   226   227   228   229   230   231