Page 228 - Tarey Vesos_Макет 1
P. 228

Tarey Vesos
                – Doğrudu! Demәli, xoş gördük, Per! Şadam ki, nәhayәt, öz
            adını bizә dedin.
                Öz hәrәkәtindәn tәşviş keçirәn Mattis başını tәrpәtdi.
                Anna:
                – Sözümüz sözdü, geri çәkilmәk daha gecdi, biz sәni evinә
            aparacağıq.  Amma hәlә qoy biz az qaralaq, yaxşımı, Per? –
            soruşdu.
                – Әlbәttә, qaralaq, – İnger Mattisin әvәzinә cavab verdi.
                Lap qiyamәt oldu. Qızlar onu büsbütün duyub nә istәdiyini
            bilirdilәr. Mattis göyün yeddinci qatındaydı.
                Mattis:
                – Bircә, qorxuram, Xeqe… – dedi vә dili dolaşdı. – Yox, yox,
            heç nә!
                Amma qızlar artıq eşitmişdilәr.
                – Xeqe kimdi? Sevgilindi?
                – Yox, bacımdı. Bu, heç dә belә deyil… – yenә dili dolaşdı. –
            Yox, mühüm bir şey deyil, eşidirsiz? Bizim evdә hәr şey qay -
            dasındadı… Әgәr Xeqe kimi bir insan hәr şeyi yaxşı dәrk edirsә…
                İnger:
                – Buna şübhәm yoxdu, – dedi.
                Anna da öz növbәsindә:
                – Әgәr insan hәr şeyi yaxşı dәrk edә bilirsә, hәr şey qabağında
            açıqdı, – dedi.
                Mattis tәhlükәli sözlәrlә oynayaraq:
                – Bu zaman o, iti bıçaq kimidi, – dedi.
                Qızlar birağızdan:
                – Ay sәni, hәtta adamın canına vicvicә düşür, – sәslәndilәr.
                “Ayıl, Mattis, ehtiyatlı ol!” Qulağına xәbәrdarlıq sәsi gәldi.
            Bu sәsdә hәtta hәdә dә var idi – amma axı bu fürsәt bir dә әlә
            düşәn deyildi. Bilirәm, belә danışmaq, insanları aldatmaq olmaz.
            Amma bu axı cәmi-cümlәtanı birinci vә sonuncu dәfәdi!
                Mattis fikirlәrinin davamı kimi ucadan vә ciddi şәkildә:
                – Olacağa çarә yoxdu! – dillәndi.
                İnger tәmkinlә:
                – Müdrik sözlәrdi, – dedi.

                                       228
   223   224   225   226   227   228   229   230   231   232   233