Page 218 - Tarey Vesos_Макет 1
P. 218

Tarey Vesos
                Әlini bacısına toxundurdu:
                – Xeqe, axı sәn toxumağı bacarırsan!
                Xeqe onun әlinin altından çıxdı:
                – Toxumaqmı? Sus, nә dediyini özün dә anlamırsan.
                Bu zaman hәmişә dilinә gәtirmәkdәn çәkindiyi o sözü demәli
            oldu. Çünki xәcalәt çәkirdi.
                – Mәni sәn saxlayırsan, – dedi, – hәmişә dә sәn saxlamısan.
                Bacısının sәsi çıxmadı.
                – Mәn sәnin hesabına yaşayıram. Mәgәr bu, sәnә azdı? Bu,
            çox böyük şeydi.
                Әslindә, belә düşünmürdü, daha doğrusu, tam belә yox,
            amma ağlına ilk gәlәni dedi.
                Bacısı razılıqla başını tәrpәtmәk istәyәndә alnı divara dәydi
            vә boğuq sәs çıxdı.
                Mattis tam karıxmış halda:
                – Mәncә, bu, çox böyük şeydi, – tәkrar etdi. – Mәnә görә.
                – Әlbәttә, Mattis. Elә mәnә görә dә.
                Amma bu, az idi. Bacısı hәlә dә üzü divara uzanıb gözünә
            görünmәk istәmirdi.
                – Mәni rahat burax, Mattis, bu, sәnlik deyil. Hәr şey düzәlәcәk.
                – Onda mәnә sarı dön, – xahiş etdi.
                – Yox, – qәtiyyәtli cavab gәldi. Bu dәfә dә onun sifәtini görә
            bilmәdi.
                Mattis әllәrini yanına salıb dayanmışdı. Әgәr ona nә olduğunu
            bacısı özü dә bilmirsә, nә desin? Özü dә belә ağıllı ola-ola. Elәcә
            onu sakitlәşdirә bilmәdәn öz otağına qayıtdı. Xeqe son vaxtlar
            belә olub. Bu ildәn. Nә baş verib?
                Sübh tezdәn Xeqenin üzündәn nәsә bilinmirdi, amma sәhәr
            yemәyindәn әvvәl Mattisin balıq tutmağa gedib-getmәyәcәyini
            soruşdu. O, itaәtlә razılaşdı vә hazırlaşmağa başladı.
                Maraqlıdı, görәn, Xeqe indi nә edir?
                Niyә üzünü hamıdan gizlәyir?
                Mattis qayıqda oturub düşüncәlәrә qәrq olmuşdu.




                                       218
   213   214   215   216   217   218   219   220   221   222   223