Page 206 - Tarey Vesos_Макет 1
P. 206

Tarey Vesos
            quşu qorumaq üçün buradan uzaqlaşmasını istәyirdi? Yәqin, hәr
            ikisini.
                Bu axşam meşә tanınmaz haldaydı. Mattisin hәmişә özünü
            tәhlükәsizlikdә hiss etdiyi meşә bu axşam sanki ölüm saçırdı.
            Yayın axşamı göyün әnginliklәrindәn axaraq bütün işıqlı yerlәri
            öz qaranlığına bürüyürdü. Vә orada, kolların arasında gizlәnәn
            silah bütün bu rahatlığı pozurdu.
                Mattis üçüncü dәfә qışqırmaq istәyәndә qanadların sәsini
            eşitdi vә onun açıq ağzından bir sәs belә çıxmadı.
                – Olmaz! – içindә nәsә gileyli, acizanә tәrzdә sәslәndi.
                – Baxx! – bütün meşә boyu yayıldı. Sәs haradansa dәrinlikdәn –
            Mattisin baxışlarının gedib çatmadığı yerdәn gәldi. Elә bu an
            göy üzündәn bir quş bağırtısı gәldi.
                – Baxx! – tәpәlәr kar sәslә әks-sәda verdi.
                Mattisi sanki yerә mıxladılar. Әvvәl atәş sәsi zülmәt kimi
            üstünә gәldi, sonra da vurulmuş valdşnep axşamın göy üzündәn
            yıxılıb Mattisdәn ikicә addım kәnarda yerә düşdü.
                Mattis hәlә dә tәrpәnә bilmirdi. Fikirlәrindә bir sәliqә-sahman
            yaratmaq istәdi – amma bacarmadı. Elә bu an kolluqların arasından
            bir oğlan çıxdı vә dәrhal Mattisin bәdәni zәncirdәn açılan kimi
            oldu, irәli atıldı vә güllәylә vurulmuş quşu әlinә götürüb әzilmiş
            lәlәklәrinә, qara gözlәrinә baxdı.
                Quş da ona baxırdı.
                Yox, yox, belә şeylәri ağlına gәtirmә. Belә fikirlәşmәk olmaz.
            Bu quş ölüb.
                Ölüb, amma niyә axı ölmәlidi?
                Axı mәnә baxır.
                Ovçu artıq pusqudan çıxıb yaxşı şikara görә sevinc içindә
            tәlәsmәdәn Mattisә tәrәf can atırdı. Bәli, sәhәr rastına çıxan
            hәmin o şәn vә güclü oğlan idi.
                Mattis hәlә dә quşu әlindә saxlamışdı.
                – Әla nişan aldım, elәmi? – oğlan qara, lülәsi parıltılı tüfәngini
            silkәlәdi. – Elә bil ox idi, yayından çıxmışdı, amma onu görәn
            kimi dәrhal hәdәfi dәqiq nişan aldım.
                Mattis cavab vermәdi. Oğlan:

                                       206
   201   202   203   204   205   206   207   208   209   210   211