Page 205 - Tarey Vesos_Макет 1
P. 205

Quşlar
             İsti vә buludlu gözәl bir axşam idi, havadan yağış qoxusu
          gәlirdi. Mattis gözünü kollardan çәkmәdәn evi dövrә vuraraq
          sanki әlisilahlı kiminsә orada oturmağının qarşısını almaq istәyirdi.
             Anlayırdı ki, vәziyyәt ümidsizdi. Yüzlәrlә bu cür әlisilahlı
          cavanı Mattisin gözündәn gizlәmәk bu meşәnin әlindә nә çәtin iş
          idi ki? Bununla belә, burada dövrә vuraraq, kolluqlara vә yavaş-
          yavaş sıxlaşan toranlığa diqqәt kәsilmişdi. Get-gedә gözlә
          görünmәyәn, tәsәvvüründә olan silahlar onda müdhiş vahimә
          yaradırdı. Yәqin, onlar orada çox idilәr.
             Yox, yox, yox.
             Mattis evi üzük qaşı kimi әhatәyә almışdı. Amma bunun bir
          kömәyi olacaqmı?  Axı quşlar çox yüksәkdә uçurlar, onları
          xәbәrdar elәyә bilmәyәcәk, damın üstünә qonanda da artıq gec
          olacaq.
             Tamam büzüşdü: uçuş başlamışdı. Ürәyi, az qala, dayanacaqdı.
             Budur, quşu gördü.
             Bir an. Vә quş artıq yoxdu. Güllә sanki Mattisin özünә dәydi.
          Quş maneәsiz-filansız uçub-keçdi; atәş açılmadı.
             Bәlkә, hәr şeyi özündәn uydurub? Yox, o, sәhv elәyә bilmәz.
          Silah haradasa yaxındaydı, sadәcә, ilk cәhddә atәş açılmadı.
             Mattis öz faydasız nәzarәtinә davam edirdi.
             – Ey! – kolluğa xәbәrdarlıq elәdi.
             Cavab gәlmәdi:
             – Ey! – daha da ucadan sәslәndi.
             Cavab yox idi. Amma elә bu zaman kolluqda nәsә xışıldadı:
          sakit vә hәdәlәyici bir sәs.
             Görәn, haradadı? Mattis sәsin haradan gәldiyini tuta bilmәdi.
          Şәkk-şübhәsiz, orada kimsә var idi. Daha da ucadan sәslәndi.
             – Olmaz! – birbaşa hәmin yerә qışqırdı. – Burada kimsә pis
          iş törәdә bilmәz!
             Meşә sükut içindәydi.
             İndi valdşnep ikinci dәfә uçacaqdı.
             Mattis heysiz halda:
             – Olmaz! – qışqırdı vә sәsi qırıldı. Nә elәdiyini özü dә
          bilmirdi – orada gizlәnәn atıcını xәbәrdar edirdi, yoxsa yaxınlaşan

                                    205
   200   201   202   203   204   205   206   207   208   209   210