Page 208 - Tarey Vesos_Макет 1
P. 208

Tarey Vesos
            idi. Quşun dimdiyindәn hәlә dә qan damcılayırdı. Sonra Mattis
            başını qaldırdı vә bir kәlmә dә demәdәn oğlana baxdı.
                Oğlan daha söhbәtin davamını gәtirmәk istәmәdi vә quşu zor
            gücünә Mattisdәn almağa cәhd göstәrmәdi – nәyi dә olmasa,
            gücü aşıb-daşırdı. Silahını rahatlayıb getdi – burada qәti anlaya
            bilmәdiyi vә tez-tәlәsik unutmaq istәdiyi bir mәnzәrәylә rastlaşmışdı.
                Mattis valdşneplә tәklikdә qaldı. Quşun uzun dimdiyindәn
            otun üstünә qan damcılayırdı.
                Oğlan gedәndәn sonra nitqi düzәldi, güclә eşidilәcәk sәslә
            mızıldandı:
                – Gözlәrinә pәrdә çәkildi… Daha görmür… Qanadlarında
            güllә gilizi.
                Oğlan haqda isә qәti düşünmürdü. Quşu ona vermәmәkdә
            düzgün iş tutmadığını fikirlәşmirdi. Artırmaya yaxınlaşıb astanada
            sәndirlәdi vә evә keçdi. Valdşnepi stolun üstünә qoydu.
                Yox, bu, qorxulu yuxu-zad deyildi. Bu, gerçәklik idi.
                Valdşnep bәdәnindә ağır qurğuşunla gözüyumulu uzanıb
            qalmışdı.
                Amma yerdәn qaldıranda quş ona baxırdı. Şәkk-şübhәsiz,
            belәydi.
                Mattis hәr dәfә vaxtsız-vәdәsiz gәlәndә Xeqenin onu necә
            hiddәtlә qarşıladığını unudub bәrkdәn qapısını döydü. Bacısı,
            tәbii ki, artıq yatmışdı.
                – Xeqe! Oyan! Tez qalx! Qalx! – elә bil özgә sәsiylә çığırırdı.
                Xeqe oyanıb әsәbi vә yorğun sәslә yerindәn qalxmayacağını
            dedi.
                – Mәsәlә ciddidi, Xeqe. Bura gәl. Bәdbәxtlik üz verib.
                – İndi nә olub?
                Mattis izahat vermәk gücündә deyildi.
                – Özün görәcәksәn.
                Sәsi elә çıxdı ki, Xeqe dәrhal dillәnmәli oldu:
                – Gәlirәm, gәlirәm. Orada nә baş verib axı?
                Birbaşa yataqdan qalxıb gәldiyindәn saçları da fikri kimi
            dağınıq idi, Mattisin onu narahat etmәsindәn narazı görünürdü.
            Heç nә sezmәdi, stolun üstündәki valdşnepi ona Mattis özü
            göstәrmәli oldu.
                                       208
   203   204   205   206   207   208   209   210   211   212   213