Page 190 - Tarey Vesos_Макет 1
P. 190

Tarey Vesos
                – Şükür ki, fikrini dәyişdin, – dedi.
                Sakitlik idi, hәr şey qaydasında gedirdi. Mattis başını yellәyә-
            yellәyә sevinir, diqqәtlә gözlәyirdi.
                Vә valdşnep gәlişiylә bacısına tam aça bilmәdiklәrini dedi.
            İşartı, ürәyәcәn çırpılan qanadlar vә yenidәn yoxluq.
                Xeqe susurdu, amma hәr şeydәn göründüyü kimi, kefi
            yaxşıydı.
                Mattis hәyәcanlıydı:
                – Bax belә, yenә, bir dә, – sәslәndi.
                Xeqe hiss elәdi ki, artıq yatmaq vaxtıdı. Amma әlbәttә, uçuş
            bacısını da tәsirlәndirmişdi. Mattis bu qәnaәtdәydi.
                Odur ki, Xeqenin çiyinlәrinә toxundu. Ona demәk istәyirdi
            ki, evlәri dәyişib, başqa evlәrlә müqayisәdә üstünlük qazanıb,
            sanki hamısından yuxarı yüksәlib. Amma bütün bunları Xeqeyә
            izah etmәyin bir mәnası yox idi, sadәcә çiyninә toxundu vә:
                – Nәhayәt, sәn dә bu uçuşu gördün, – deyә bildi, bu zaman
            istәr-istәmәz sifәtindә bir özündәnrazılıq ifadәsi yarandı.
                Xeqe qeyri-ixtiyari:
                – Elә bil bunu sәn özün tәşkil elәmisәn, – dedi. – Elә
            danışırsan ki, guya…
                Mattis donub-qaldı. Tәşvişlә bacısına baxdı. Belә bir anda
            bu, nә sözdü? İçindәn bir hiddәt baş qaldırdı:
                – Niyә sәn belәsәn? Niyә hәmişә hәr şeyi korlayırsan?
                – Sakitlәş!
                Amma o sakitlәşmәk istәmirdi, yan-yörәsinә baxıb sanki
            bacısının qanını qaratlmaq üçün nәsә axtarırdı. İlk әvvәl gözünә
            iki qurumuş ağcaqovaq sataşdı. Bütün xeyirxah niyyәtlәrini
            unudub onları göstәrdi:
                – Bu ağcaqovaqları görürsәn? Camaat onlara Mattis–Xeqe
            adı verib. Burada hamı bu ağaclara belә deyir! Bunu bil! Sәnә dә
            gülürlәr!
                Gözlәyirdi ki, Xeqe dәrhal özündәn çıxacaq. Amma xeyri
            yox idi. Bu gün onu heç cür әsәbilәşdirә bilmirdi.
                Bacısı tükü dә tәrpәnmәdәn:
                – Demәli, sәn dә bilirsәn? – soruşdu.

                                       190
   185   186   187   188   189   190   191   192   193   194   195