Page 187 - Tarey Vesos_Макет 1
P. 187
Quşlar
Sәsindәki bu nәvazişi özü dә gözlәmirdi. Sanki bu sualı qıza
verәn anasıydı. Süfrә arxasındakılar tәәccüblә Mattisә baxdılar.
Qız qızardı.
Mattisin sәsindә özünә qarşı yalnız mәhrәmlik vә qayğı hiss
edәn qız tәlәm-tәlәsik astadan:
– Hә, – cavab verdi.
Hamı Mattisin daha nә deyәcәyini gözlәyirdi. O:
– Demәli, sevgililәr dә yazıq adamlardı, – dedi. Başında ye -
nә hәr şey qarışmışdı, kәlәfin ucunu tapa bilmirdi. Amma dediklәri
ürәkdәn gәlirdi.
Hamı rahat nәfәs alıb gülüşdü vә yemәyә davam etdi. Mattis
dә güldü. Bәlkә, heç o qәdәr dә sәrsәm deyil. Onun gülüşü
qaqqıltıya oxşadığından hamı yenidәn gülüşdü. Qәflәtәn sakitlik
çökdü. Güclü gurultudan sonra belә olur. Sәbәbi bilәn yox idi.
Süfrә arxasından qalxdılar. Bugünlük iş qurtarmışdı. Sahib
sevgililәrdәn sabah ona kömәk etmәyә gәlib-gәlmәyәcәklәrini
soruşdu.
– Әlbәttә, gәlәcәyik, – deyib getdilәr.
Mattis bir xeyli onların arxasınca baxdı. Axı sabah gәlә
bilmәyәcәkdi vә demәli, onlara baxıb xoş hisslәr dә yaşamayacaqdı.
Bugünkü işdәn sonra bu sualı vermәk nә qәdәr hәyasızlıq
kimi görünsә dә, özünü mәcbur edib:
– Yәqin, sabah mәnim gәlmәyimi istәmәzsәn? – soruşdu.
Sahib dә sıxıntı içindә:
– Sәndәn heç bir fayda yoxdu, – demәli oldu. – Özün necә
fikirlәşirsәn? Amma bu günә görә pulunu verәcәm.
– Lazım deyil! Mәn ki heç nә elәmәmişәm. Elә deyil?
– Düzdü, az iş görmüsәn, amma pulunu vermәliyәm.
Mattis, demәk olar, ümidsiz halda:
– Olsa-olsa, iki lәkә görә, – dedi, – artıq lazım deyil. Bunun
zәhmәthaqqının nә qәdәr olduğunu özün bilirsәn.
İkisi dә sıxılırdı. Mattis sahibәnin oğrun-oğrun әrinә göz
elәdiyini gördü. Sahib dedi.
– Belә dә elәyәrik. İki lәkә görә. Bu cür dә hesablaşaq.
Sahib pulu Mattisә uzadıb, adәti üzrә, işinә görә ona minnәt -
dar lıq etdi.
187