Page 180 - Tarey Vesos_Макет 1
P. 180
Tarey Vesos
Qәtiyyәtlә:
– Yox, hәlә ehtiyac yoxdu, – dedi.
– Oldu.
Sahib çapacaqla işinә davam etdi.
Mattis öz lәklәrinә qayıtdı. Qızın yanından keçәndә yalvarışlı
nәzәrlәrlә ona baxdı. Bәlkә dә, bu qız elә bir hәrәkәt elәyә
bilәrdi ki, ona xoş olsun, yüngüllәşsin. Axı bu qız gәnc vә şәn
idi, oğlanı da vardı.
Mattis öskürdü. Bu, onun kömәyә tәcili ehtiyacı olduğuna
bir işarә idi.
Vә qız hәr şeyi anladı. Onun üzünә gülümsәyib elә bil
xatırlatdı ki, biz burada birlikdәyik, sәn vә mәn, tarlada işlәyә-
işlәyә bir-birimizә әl elәyirik.
Әlavә heç nәyә ehtiyac da yox idi. Mattis bu fikri elә aydın
eşitdi ki, sözbәsöz tәkrarladı:
– Hә, biz burada birlikdәyik, sәn vә mәn – vә bu sözlәri,
eynilә qız kimi, nәvazişlә, amma ondan fәrqli olaraq, bir az açıq
dedi.
Qız razılaşdı:
– Sәn haqlısan.
Qız diqqәtlә Mattisi nәzәrdәn keçirdi – görkәmi cazibәdar
olmasa da, bu oğlan onu tәsirlәndirmişdi.
O biri oğlan ucadan:
– İş başına, – deyib qızın ayağını çimdiklәdi. Görünür, o, bu
hәrәkәtini şәn bir zarafat hesab elәyirdi vә qız yenidәn yadlaşıb
özgәsinin sevgilisinә çevrildi.
Sahib dә:
– Hә, – dedi.
Belә böyük tarlanın sahibi. Ona baxıb bu bir kәlmәylә nә
demәk istәdiyini dәrhal tutdular: işlәmәk lazımdı.
Yenidәn üçlük Mattisi ötüb-keçdi. Onların ardınca baxanda
elә düşündü ki, arzuladığı o üç buta bu adamlara verilib. Onlar
bu üç butaya bütün ömürlәri boyu malik olublar vә buna
öyrәşdiklәrindәn bu vergini hiss etmәyiblәr, sanki başqa cür ola
da bilmәzdi. Mәgәr elә olmasaydı, onlar adi bir şey kimi belә
rahatlıqla işlәyә bilәrdilәrmi?
180