Page 175 - Tarey Vesos_Макет 1
P. 175

Quşlar
          yoxdu: sahiblә anlaşmaq olardı, axı özü dә bu işin cansıxıcı
          olduğunu bilir. Mattis:
             – Hә, düzdü, – dedi, – bunun necә bir iş olduğunu biz bilirik
          axı.
             Sahib qәtiyyәtlә:
             – Bu haqda danışmaq tezdi, – dedi. – Biz hәlә tәzәcә baş -
          lamışıq, hәlә yorulmamışıq.
             Mattis yenidәn özünә qapanıb:
             – Sәn bilәn düz olar, – razılaşdı.
             Sahib üç lәkdә işlәsә dә, daha sürәtlә irәli gedirdi. Budu, o
          da yenidәn hamı kimi iki lәkdә işlәmәyә başladı. Bu zaman
          Mattisdәn daha sürәtlә uzaqlaşmağa başladı.
             Mattis acizanә şәkildә ondan:
             – Mәni atıb gedirsәn? – soruşdu.
             Sahib cavabında:
             – Neynәmәk olar, – dedi. – Sәn qoluna güc ver, bir dә gör -
          dün, mәni ötüb keçmisәn.
             – Mәnmi? Özün dә görürsәn, necә işlәyirәm.
             Sahib:
             – Hm, – deyәrәk, sanki lәklәrә mızıldandı.
             Vә Mattis tәk qaldı. “Hm” sahibin dilindәn çıxan son sәs idi.
          Maraqlıdı, onu necә anlasın? Mattis yenidәn әsәbi vәziyyәt aldı –
          fikirlәriylә işi arasındakı qarşıdurma güclәnirdi. Onun lәklәri
          quyruq kimi qalmışdı vә o birilәr irәli getdikcә bu quyruq daha
          da uzanırdı. Buralarda işlәnmәmiş lәklәrә “tәnbәl quyruq”
          deyirdilәr.
             Mattis ürәyindә, – yox, bu, “tәnbәl quyruq” deyil, sadәcә,
          mәn onlar kimi sürәtlә işlәyә bilmirәm, – dedi.
             Amma hәr halda, bu, rüsvayçılıq idi, xüsusәn dә belә şeylәrә
          hәssas olan Mattis kimi adam üçün. Onun ot-әlәf içindә olan
          lәklәri tarlada göz deşir, o biri tәrәfdәki yemlik şalğam kollarını
          hamar belindә saxlayan tünd, tәrtәmiz lәklәr isә göz oxşayırdı.
             Әgәr get-gedә ondan uzaqlaşan işçilәri nә yollasa saxlaya
          bilsәydi... Bәla yaxınlaşırdı. Sahib heyrәtamiz dәrәcәdә çevik
          idi, artıq sevgili cütlüyü haqlamışdı, indi hәr üçü tәpәni aşıb
          gözdәn itәcәkdi.
                                    175
   170   171   172   173   174   175   176   177   178   179   180