Page 172 - Tarey Vesos_Макет 1
P. 172

Tarey Vesos
            birilәrdәn geri qalmasın. Lәklәrin qıraqları alaqla doluydu, alaq
            hәr yeri – yemlik şalğam kollarının arasını da basmışdı. İndi
            onları bir-bir qoparıb günәşin qızmar şüaları altına tәslim etmәk
            lazım idi. Hәmçinin yemlik şalğamların artıq-urtuq kollarını da,
            çox sıxlıq olmasın deyә, dartıb çıxarmaq lazım idi. Mattis diqqәtli
            vә çevik olmalıydı, bu işlәri bәzәn çapacaqla, bәzәn yalın әllә
            görmәliydi.
                O, әsәb keçirirdi – iş nәsә alınmırdı.
                Az sonra hәmişәki  vәziyyәtinә düşdü: nәsә bir işdәn yapışanda
            fikirlәri sanki ip kimi bir-birinә dolaşıb onun әl-qolunu bağlayır,
            hәrәkәt elәyә bilmirdi.
                Özünü әlә almağa macal tapmamış, istәr-istәmәz, sanki bu
            qarma-qarışıq iplәr әllәrinә dә dolaşdı vә hәrәkәtlәrindә bir
            lәnglik yarandı.
                Sol tәrәfindәn öskürәk sәsi gәldi. Sahib idi, öz lәkinin üstünә
            әyilib alaq otlarını çıxarır, qayğıyla yemlik şalğamların arasını
            seyrәldirdi.
                Mattis tәşviş keçirdi. Amma ola bilәr, bu öskürәk elә-belәydi,
            heç bir mәna kәsb etmirdi. Mәgәr hәr öskürәk nәyәsә işarәdir?
                Amma get-gedә daha әsәbi olurdu, bitkilәrin arasında rabitәsiz
            hәrәkәt edәn әllәri lazım olmayanı dartıb çıxarırdı. Çapacağı
            tullamışdı, alәtlә nәsә ona rahat deyildi, sahibә:
                – Mәn belә çapacağa öyrәncәli deyilәm, – izah etmişdi. –
            Dәstәyi hәddәn artıq uzundu.
                – Neynәk, tulla onu, әllә işlә. Belә lap yaxşı, daha tәmiz olar.
                Mattis:
                – Xoş sözlәrә görә sağ olun, – deyib ürәkdәn tәşәkkür
            etmişdi. O, sahibin sözlәrindә bir dostluq işartısı sezmişdi vә
            indi cavanlarla yanaşı işlәdiyi bu mәqamda bu münasibәtә çox
            ehtiyacı var idi.
                İlk metrlәri onlarla bәrabәr işlәyә bildi. Axı o da hamı kimi
            onbarmaqlı idi. Cavanlar bir-birlәrindәn geri qalmır, iş çox yorucu
            olsa da, elә hey gülüşürdülәr. Onların sevgili olduqlarını Mattis
            çoxdan hiss etmişdi. Buna tәәssüf etsә dә, hәr halda, o qızla
            oğlana baxmaq xoş vә maraqlı idi. Hәlә heç vaxt sevgililәri belә
            yaxından görmәmişdi.
                                       172
   167   168   169   170   171   172   173   174   175   176   177