Page 167 - Tarey Vesos_Макет 1
P. 167

Quşlar
             – Dedimsә, demәk, gedәcәm.
             Xeqe tәzәdәn toxumağa davam etdi. Mattis, az qala, yalvara-
          yalvara soruşdu:
             – Bu gün uçuşa baxacaqsan? Sәhәr söz verdin.
             – Bircә bu gün yox, gecәyәcәn qala bilmәrәm.
             – Amma axı özün istәyirdin…
             Xeqe qәti tәrzdә:
             – Bu gecә gәrәk doyunca yatım, – dedi.
             Mattis inadla:
             – Bәlkә, bir dә heç vaxt oyanmadın? – soruşdu. – Sonra axı
          çox tәәssüflәnәcәksәn.
             – Bәsdi, kәs sәsini!
             O qaçdı. Ardınca bacısı daha nәlәrsә dedi, amma artıq qorxu
          içindә qapıdan çıxmışdı.



             Mattis axşam artırmada oturmuşdu, ürәyi vә әllәri narahat
          idi. Xeqe öz bildiyini elәyib yatağında uzanmışdı.
             Vәdә yetişdi vә uçuş başladı.
             Tanış sәs gәldi, hay-küy eşidildi, valdşnep nәsә acizanә
          tәrzdә ara vermәdәn qanad çalırdı.
             Quş gecәnin yüngül havasında uçsa da, qanadları Mattisin
          düz ürәyinәcәn gәlib çatırdı. Sanki nәsә yumşaq, tünd, mәchul
          bir şey onun ürәyinә toxunurdu. Mattis bu hisslәrlә büsbütün
          doluydu. “Biz valdşneplә sanki bir canıq” – rabitәsiz şәkildә
          düşündü.
             Vәdini bu şәrtlә verdiyinә sevindi: Xeqe istәyirsә, sabah iş
          üçün gedәcәm, amma tufan olmasa. İldırım, göy gurultusu öz
          yerindә, mәn tufanda da heç hara çıxmıram vә Xeqe bunu yaxşı
          bilir.
             Valdşnepin ikinci dәfә uçub keçmәsini gözlәdi, sonra isti yay
          toranlığının hökm sürdüyü otağına girib yerinә uzandı. Amma
          dünәnki yuxunun tәkrarlanacağına nahaq ümid elәyirdi. Hәtta
          hәmin yuxunun azca bәnzәrini belә görmәdi – nә meşәliyi, nә
          qızları.

                                    167
   162   163   164   165   166   167   168   169   170   171   172