Page 162 - Tarey Vesos_Макет 1
P. 162

Tarey Vesos
                Vә mәhz bundan dәrhal sonra hәmin yuxunu gördü!
                Hәr necә dә olsa, Xeqe yatıb durmuşdu vә indi başqa şeylәr
            fikirlәşirdi. Bu balaca, becid bacı stolun yanında dayanıb çörәk
            doğrayırdı. Dünәn axşamın tәәssüratlarını unutdurmaq üçün
            bilәrәkdәn çalışırdı ki, özünü heç nә olmamış kimi göstәrsin.
                Bacısı onun qәribә salamlaşmasına cavabında:
                – Deyәsәn, bu gün kefin yaxşıdı, – dedi.
                Mattis qımışdı.
                – Niyә belә fikirlәşirsәn?
                – Mәgәr elә deyil?
                – Elәdi, amma sәn sәbәbini bilmirsәn.
                Bacısı dünәni bir kәlmәylә dә xatırlatmadı. Bununla belә,
            tәhlükәli mövzuya toxunmağa cürәti çatdı.
                – Mәncә, bilirәm. Bu gün sәn dünәnki söhbәtimizin dalınca
            düşmәk istәyirsәn. Bizim üçün qızıldan da qiymәtli olan mәsәlәnin.
                Gör ha, bu gün iş axtaracağına söz vermәyini tamam unudub.
            Amma belә görünür, Xeqenin yadındadı. Onun sevincinin üstünә
            kölgә düşdü.
                – Tapmadın, – dedi.
                – Mәgәr sәn hazırlaşmırdın ki…
                – Çünki indi bizim evimizin üstüylә valdşnep uçur! – bacısının
            sözünü ağzında qoyub әhvalının dәyişmәsinin sәbәbini izah etdi.
                Belә bir sevincli hadisәnin baş verdiyi bir vaxtda niyә adam
            iş axtarmaq üçün qәsәbәyә әzablı yürüş etmәlidi?
                Amma Xeqe onun bu әhvalını bölüşmәdi.
                – Bundan bizә nә? – soruşdu. – Bu uçuş nәyi dәyişib?
                – Belә dә… bilmirәm… Doğrudanmı sәnә heç nә çatmır?
                Mattis әvvәlkindәn daha cәsarәtliydi. Amma bir faydası yox
            idi.
                Xeqe:
                – Ye, – dedi.
                Mattis yemәyә başladı. O, hәlә dә yuxusunun tәsiri altındaydı.
            Anlamaq istәmәsә dә, baş verәnlәrin necә vacib olduğuna bacısını,
            zorla da olsa, inandıracaq.
                Mattis:

                                       162
   157   158   159   160   161   162   163   164   165   166   167