Page 160 - Tarey Vesos_Макет 1
P. 160
Tarey Vesos
tamam başqaydı. Amma onu dәrhal tanıdı vә azca da özünü itir -
mәdi. Qız ona yaxınlaşanda canında xoş bir halә hiss etdi.
Hәlә ona toxunmaq olmazdı.
Mattis:
– Nәsә bir şey göstәr, – xahiş etdi.
Qız onu dәrhal anladı.
– Yaxşı. Bax!
Әlini tәrpәtdi vә havadan quşların nәğmәsi gәldi.
Mattis:
– Mәn bilirәm, sәn dünәnki uçuşdan doğulmusan, – dedi. –
Sәn lap çoxdan mәnim fikirlәrimdәsәn. Nәsә bir sözün varsa,
indi de.
– Deyim? – qız tәәccüblәndi.
– Hә.
– Yox, mәn daha danışmaq istәmirәm.
Mattis düz onun gözlәrinin içinә baxa-baxa astaca sol qolunu
әydi vә köynәyi cırıldı. Onun yaraşıqlı әzәlәlәri düz qızın gözlәri
qarşısında gün şüası kimi bәrq vururdu.
Mattis:
– Boş şeydi, – dedi. – Köynәyim çoxdu.
– Sәn solaxaysan? – qız tәәccüblә soruşdu.
– Yox әşi, – yöndәmsiz cavab verdi. – Sadәcә, köynәymin
sağ qolu bir az әvvәl cırıldı.
Qız artıq bir kәlmә dә demәdi: gücünә heyranlıqdan nitqi tu-
tuldu. Ona da elә bu lazım idi. Mattis arzuladığı hәr şeyi aldı.
Üstәlik, bundan sonra lazımlı sözlәri dә tapa bilәcәkdi.
Qız:
– Bundan sonra ürәyin istәdiyini elәyә bilәrsәn, – dedi, – sәn
artıq qızıl oğlansan.
Bu zaman bir az da yaxınlaşdı.
Mattis:
– İndi aydın oldu, sәni niyә belә çox gözlәmәli olmuşam, –
әlavә etdi.
Qız elә hey susurdu. Axı ona açmaq istәdiyi bir sirr var idi.
Hәlәlik daha yaxınına gәlmәklә kifayәtlәndi. Bayaq әlini tәrpәdәndә
160