Page 161 - Tarey Vesos_Макет 1
P. 161

Quşlar
          hava quşların nәğmәsiylә nәfәs almışdı, indi isә bütün varlığını
          tәrpәtdi. Bu, ovsun idi.
             Qız tәrpәnәndә nә baş verdiyini anlamadı. Bunun adı yox
          idi. Qız yalnız ona yaxın gәlmәklә kifayәtlәndi. Axşamın uçuşundan
          doğulmuş, lap yaxınında olan bu mәxluq ona mәnsub idi.



                                     8

             Adәti üzrә, ilk әvvәl Xeqe qalxdı. Mattis dә oyanmışdı,
          amma hәlә dә uzanılı halda yuxusunun tәsirindәn çıxa bilmirdi.
          Xeqenin otağından gәlәn addım sәslәrini eşitdi. Nәhayәt, bacısı
          çıxdı. Mattis tez üzünü divara çevirib özünü yatmış kimi göstәrdi.
          Dünәn axşam necә ayrıldıqlarını nәzәrә alsaq, bu, әn düzgün
          hәrәkәt idi.
             Xeqe özünü elә apardı ki, guya heç nә sezmәyib. Vә mәtbәxә
          keçdi. Bacısı dolmuş bulud kimiydi. Bununla belә, dәrhal iş
          başına keçdi. Birazdan öyrәncәli olduqları sәhәr sәslәri – bıçaq
          vә fincanların cingiltisi eşidildi.
             Mattis sanki buludlarda gәzә-gәzә düşünürdü ki, daha hәr
          şey başqa cür olacaq. Geyinib özünü qaydaya saldı. Artıq özünü
          fәrqli hiss edirdi. Elә bil axşamın uçuşu vә gecәnin yuxusu, iki
          güclü әl kimi, hәr iki tәrәfindәn tutub onu aparırdı. Mattis qulaq
          asdı: bәlkә, bu gün dә nәsә xüsusi bir hadisә baş verәcәk. İndi
          hәr şeyin dönüb-dәyişdiyi bir vaxtda onu qeyri-adi bir söz, yaxud
          hansısa sevinc gözlәyә bilәrdi.
             Yox, hәlә ki bir şey yoxdu. Amma bu gün bundan әvvәlki
          saysız-hesabsız günlәrә bәnzәyә bilmәz. Gәrәk özü nәsә bir
          hәrәkәt etsin.
             Mәtbәxin qapısı ağzında dayanıb Xeqeyә:
             – Qızıldan qiymәtli, – dedi.
             Salamlaşmaq әvәzinә, köhnә zәrb-mәsәlin birinci hissәsindәn
          istifadә elәmәk istәdi: “Sәhәrçağı qızıldan qiymәtlidi”.
             Amma tәrәddüd keçirdi. Gözüyaşlı Xeqenin sifәti yaddaşında
          hәlә dipdiriydi.  Anlayırdı ki, bacısının üzünü divara çevirib
          ağlamağı ona görәdi.
                                    161
   156   157   158   159   160   161   162   163   164   165   166