Page 166 - Tarey Vesos_Макет 1
P. 166

Tarey Vesos
                Üç mәqamda fәrqli. Amma bu gün bu gündü. Qәribә dә olsa,
            Xeqe bunu anlamır. Gölә tәrәf enәrkәn belә düşünürdü.
                Sahildә dayanıb, uşaq kimi suya daş atmağa başladı. Su
            güzgü kimi hamar idi – bu gün balıq tutmağın faydası olmayacaqdı.
            Mattis hәtta tәmiz vicdanla öz köhnә qayığına әl vurmaya da
            bilәrdi.
                Üç buta. Onlar burada, onunlaydı. Bu gecә özü dә fәrqli idi.
            Bütün arzuladıqları öz istәyi ilә canında pöhrә vermişdi.
                Mattis yumruq boyda daşları suya atırdı, baxışları dumanlı
            vә boş idi.
                Xeqe artırmadan:
                – Mattis! Nahara gәl! – qışqırdı.
                Mәhrәm qadın sәsi.
                Üç buta sәksәndi.
                “Tez gәl” sözünü әlavә elәmәyә ehtiyac yox idi. Xeqe bilirdi
            ki, qardaşını yemәyә çağıranda lәngimir, tәpә boyu qaça-qaça
            gәlib süfrә arxasına keçir.
                Bacısı qabı ona uzadıb:
                – Nә qәdәr ki qurtarmayıb, ye, – dedi.
                Mattis başa düşdü ki, Xeqenin bu sözlәri bu gün iş axtarmağa
            getmәmәsinә işarәdi. Bacısı ona acıqlıdı.
                – Amma әgәr insan üç mәqamda tamam başqalaşıbsa, – ağzı
            yemәklә dolu halda dedi.
                – O hansı üç mәqamdı elә?
                – Bu, elә bir mәqamdı ki, sәn bilmәsәn yaxşıdı. Bu mәqam
            qızlarla, nә bilim…
                – Aydındı.
                Mattis acıqlı-acıqlı:
                – Sәn heç vaxt başqalaşmırsan, necәsәnsә, elә dә varsan, –
            dedi. – Sәn bunu anlaya bilmәzsәn.
                – Hә, – Xeqe razılaşdı. – Yaxşı, de görüm, sabah gedәcәksәn,
            ya yox?
                Düşündü ki, bacısı gör nә qәdәr inadkar vә qanmazdı. Amma
            nә olsun, qarınlarını doyduran da odur.
                Güclü vә bacarıqlı işçilәrlә müqayisәdә öz acizliyindәn
            sarsılmış halda cavab verdi:
                                       166
   161   162   163   164   165   166   167   168   169   170   171