Page 165 - Tarey Vesos_Макет 1
P. 165

Quşlar
             Mattis fikrә getdi vә sonra ucadan ağrılı sәslә:
             – Niyә axı mәndә elә әzәlә yoxdu ki, dartınanda köynәyin
          qolları cırılsın? – dedi.
             Xeqe cavab vermәdi:
             – Sәn heç vaxt mәndәn soruşmursan! – hәyәcanla davam
          etdi.
             – Nәyi?
             – O şeyi ki, onu soruşmaq olmaz.
             Xeqe kәskin tәrzdә:
             – Bәsdi, sakitlәş, – dedi.
             Bu, hәr ikisinin ağrılı yeriydi.
             Mattis iş axtarmaq üçün qonşulara alçaldıcı müraciәtlәrini
          nәzәrdә tutub:
             – Sabaha qәdәr gözlәyә bilәrәmmi? – xahiş etdi. Son vaxtlar
          tәmkini ona xәyanәt etsә dә, dayanıb-durduğu yerdә özündәn
          çıxsa da, Xeqe mәrhәmәtli bacıydı. – Çünki bu gün bu gündü.
          Başa düşürsәn?
             Xeqe:
             – Yaxşı, – dedi. – Qalsın sabaha.



                                     9


             Bu gün bu gün idi.
             Mattis evin yanında hәrlәnirdi.
             Yuxuda ona üç buta verildiyini düşünürdü: ağıl, güc, mәhәbbәt.
             Mәn bu üç mәqamda fәrqliyәm. Aydın sәmalı yay sәhәrindә
          evin yanında var-gәl edirdi. Әlbәttә, Xeqe indi evdә oturub
          deyinir. Çünki o, iş axtarmağa getmәdi. Özü bilәr. Bu yenilik
          yalnız onun özünә aid idi vә çox әhәmiyyәtliydi. Sәrin külәk vә
          çox uzaqdan gәlәn qoxular Mattisi әhatәyә almışdı.
             Üç buta. Özünü aldatmaq istәmirdi; sәhәr hәr üçü yenidәn
          yox olmuşdu. Yalnız ayaqları altından gәlәn sәsә qulaq asanda
          onları xatırladı. Elә bil tәsadüfәn alәtin dillәrinә toxunurdu vә
          torpaqda gizlәnәn musiqi sәslәnmәyә başlayıb adamı heyran
          edir, get-gedә daha gerçәk vә oynaq olurdu.
                                    165
   160   161   162   163   164   165   166   167   168   169   170