Page 171 - Tarey Vesos_Макет 1
P. 171
Quşlar
Mattis bunu nә anlaya, nә dә qәbul elәyә bilirdi.
– İndidәn deyinirsәn? Biz axı hәlә heç doğramağa da
başlamamışıq – sahib irad tutdu.
Bu, sözgәlişi deyilmişdi, amma Sәrsәm Mattis mәsәlәnin
mәğzini tutub susdu:
– Olarmı mәn bu lәk tәrәfdә işlәyim? – tәhlükәli mövzudan
uzaqlaşmaq üçün tez-tәlәsik soruşaraq ayağının yanındakı lәklәri
göstәrdi. Sahib razılıqla başını tәrpәtdi.
– Mattis, yәqin, bu iş sәnә artıq tanışdı. Bilirsәn dә, kollar
bir-birindәn nә qәdәr aralı olmalıdı. – Sahib bunu demәyә mәcbur
idi: boşluqları seyrәltmәk işin vacib hissәsiydi, mәhsulun taleyi
vә zәhmәthaqqı bundan asılı idi.
Mattis:
– Necә bilmirәm, mәn artıq, demәk olar, qırxı haqlamışam, –
cavab verdi. – Cәmi üç ilim çatmır. – әlavә etdi. Sözlәrinә hәtta
ciddi vә sәrt ton da qatdı. Öz cavabından qürur duydu.
Sahib:
– Belә de. Mәnә maraqlıdı, de görüm, sәnә kollar arasında nә
qәdәr mәsafә saxlamağı öyrәdiblәr. Di göstәr görüm.
Mattis әliylә göstәrdi. Bәxtәbәxt.
Sahib:
– Xeyr, düz deyil, – dedi. – Görünür, müәllimin kim olubsa,
özünün dә bu işdәn düzәmәlli başı çıxmayıb. Bax gör, nә qәdәr
olmalıdı.
Mattis yenidәn sönükdü.
Qızla oğlan bir-birlәrinә baxdılar. Onlar lәklәrdә elә dayan -
mışdılar ki, yanaşı işlәyә bilsinlәr. Qızla sahibin arasında yerlәşәn
iki lәk Mattisin öhdәsinә verildi. Bu, onun xoşuna gәldi.
– Diqqәt! – oğlan ucadan dedi. – Görәk tarlanın o başına
birinci kim çatacaq? Getdik!
Oğlan qıza baxıb gülümsәdi. Bu iki nәfәr gah gülür, gah da
bir-birinin gözünün içinә baxırdı. Mattis bunu sezәn kimi içindәki
öncәgörәnlik yenidәn tәrpәndi.
Amma әmr artıq verilmişdi, istәr-istәmәz işә girişmәliydi.
Mattis çalışırdı ki, hamı kimi işlәsin, sürәtdә vә çeviklikdә o
171