Page 174 - Tarey Vesos_Макет 1
P. 174

Tarey Vesos
            oğlanı yaxınlıqda idi vә Mattis onunla çox danışa bilmәzdi.
            Bilirdi ki, belә mәsәlәlәrdә tәmkin lazımdı. Bir az danışdın,
            bәsdi.
                – Mәn… – söhbәti tәzәlәmәk istәdi, amma qız artıq ona
            qulaq asmırdı. Oğlanı yanındaydı vә o, qızın çılpaq ayağını
            çimdiklәyәn kimi Mattis yadından çıxdı. Sanki Mattisin işlәdiyi
            tәrәfdә heç vaxt heç kim olmamışdı.
                Mattis artıq anlamışdı ki, yuxuda gördüklәri hәyatda olanlardan
            bir az fәrqlidi. Hәyatın üzü daha sәrtdi. Yaxşı ki, söhbәtlәri elә
            bununla da bitdi.
                Pis olanı bu idi ki, vaxtının xeyli hissәsi bu fikirlәrin güdazına
            getdi – sevgili cütlük öz lәklәrindә get-gedә onu ötmәyә başladı.
            Az sonra ondan xeyli irәlidәydilәr, Mattis onların yalnız kürәklәrini
            görә bilirdi. Qәflәtәn diksinib sahibә baxdı. Vә bir dә diksindi:
            sahib eyni vaxtda üç lәki seyrәldirdi. Axı әvvәlcә o da hamı kimi
            öhdәsinә ikisini götürmüşdü.
                Mattis düşünüb-daşınmadan:
                – Niyә sәn üç cәrgәni birdәn seyrәldirsәn? – soruşdu.
                – Hә… – sahib nәfәsini dәrib dedi, – mәnә belә rahatdı…
            nәsә belә rahatdı. –  Vә iri alağı köküylә birlikdә elә dartıb
            çıxardı ki, torpaq havaya dağıldı.
                Artıq Mattisin beyni başqa şeylә mәşğul idi. Sahibә yaxınlaşıb
            pıçıldadı:
                – Mәncә, bunlar bir-birinә aşiqdi. Elә görünür, düz deyil?
                Sahib başını tәrpәtdi.
                – Sәn bilirdin?
                Sahib dә pıçıltıyla:
                – Hә. Ona görә dә hәr ikisinә iş vermişәm, – dedi vә Mattisә
            göz vurdu. – Bilirsәn, mәn hәmişә yemlik şalğamların arasını
            seyrәltmәyi aşiqlәrә hәvalә edirәm. Sevәn adam bu işin necә
            ağır, darıxdırıcı olduğunu hiss etmir. Sәnlә mәn hara, onlar hara?
            Elә deyil?
                Sahib ağıllı adamıydı. Amma hәtta bu sәhәr Mattisi xoş üzlә
            qarşılayıb, elә indi dә mehriban söhbәt elәsә dә, nәsә onun
            yanında adamı vahimә basırdı. Yox, әşi, azca da vahimә-filan

                                       174
   169   170   171   172   173   174   175   176   177   178   179