Page 177 - Tarey Vesos_Макет 1
P. 177
Quşlar
zamanda sәliqәylә vә vicdanla işlәrini dә görürdülәr. Hәrdәn bir-
birlәrinә lap yaxın olanda Mattis onların hәr hәrәkәtini diqqәtlә
izlәyirdi: o, belә bir mәnzәrәni heç vaxt görmәmişdi.
Demәli, әsl sevgililәr belә olurmuş. Bu işçilәrindәn razı qalan
sahib öz lәklәriylә hәrәkәt elәyәrәk onlardan geri qalmırdı. İndi
Mattislә bu üç nәfәr arasında qara bir zolaq uzanırdı. Onun iki
lәki pis gündәydi.
Amma bu yerdә daha heç nә elәyә bilmәzsәn: gözlәrini bu
iki tәravәtli gәncin hәr tәrәfә yayılan sevincindәn, qeyri-adi
baxışlarından çәkә bilmirdi.
Budur, yenidәn Mattislә birlәşdilәr. Onların şirin söhbәtlәri
bütün digәr sәslәri udmuşdu.
Mattis belini dikәltdi:
– Siz sevgili olsanız da, mәn istәyirәm… – ümidsiz cәsarәtlә
dillәnib gözlәrini sanki bәrq vuran qıza zillәdi vә susdu.
Hәr ikisi heyrәt içindә dayanıb-durdu. Onlar daha gülmürdülәr.
Mattis özü dә bilmәdәn, hiss etmәdәn sifәtinin ifadәsiylә sevgililәrin
gülüşünә, bir-birinә heyranlığına mane olmuşdu.
Hәtta sahib dә öz lәkindә donub-qaldı.
Amma nahaq gözlәyirdilәr. Nәhayәt, sahib müdaxilә etdi.
Astadan:
– Nә oldu, Mattis, dillәn dә! – dedi.
Qız da, oğlan da susub maraqla gözlәyirdi.
Amma nahaq gözlәyirdilәr. Mattisin demәk istәdiyinin davamı
yox idi, amma artıq nәyәsә ilişmişdi vә tәk deyildi. Әlbәttә,
dilindә çox söz var idi, özü dә başqa cür deyilәsi sözlәr, amma
bu kәlmәlәr, hәmişәki kimi, başqa fikirlәrә qarışıb itmişdi.
Nәhayәt, fikrini cәmlәyib:
– Hә, çünki siz bir-birinizә vurulmusunuz, – dedi.
Qız:
– Nә, vurulmuşuq, – dedi.
– Kaş mәndә dә belә olaydı, – bu söz dilindәn ölçülüb-
biçilmәdәn, qәfil çıxdı.
Qız:
– Sәndә dә olacaq,– deyib, heç nә olmamış kimi, ona göz
vurdu.
177