Page 181 - Tarey Vesos_Макет 1
P. 181

Quşlar
             Mattis artıq qarnı üstә uzanıb işlәyirdi, fikirlәri canına qarışqa
          kimi daraşmışdı. Kömәk, kömәk istәyirdi.
             Fikirlәr, hәmişәki kimi, ona mane olurdu, alaq otunu çıxarmaq
          istәdiyi halda, bir dә görürdü ki, әlindә yemlik şalğam tutub.
             Yox, yox, heç kim mәnә dayaq durmaq istәmir. Gözlәri
          qarşısında qara vә qırmızı halqalar peyda olurdu.
             Yemlik şalğamların dәyәrli kollarına yazığı gәlirdi: sanki
          onlara dayaq verәn alaq otları әtraflarından tәmizlәnәndә
          boynubükük, aciz görkәm alırdılar. Mattis insanların mәhz onlara
          görә torpaqla әllәşib әzab çәkmәlәrinә dәymәyәn bu dәyәrsiz,
          bәdbәxt qozbellәri söymәk istәyirdi.
             Fikirlәri müxtәlif tәrәflәrә qaçışırdı. Hәr dәfә işә baş vuran
          kimi belә olurdu. Demәk, heç nә dәyişmәmişdi. Hә, bu günün
          özündә nәlәri gizlәdiyi mәlum oldu: heç nә dәyişmәmiş, hәr şey
          әvvәlki kimi qalmışdı.


             Şükür, tәpәnin arxasındakılar, axır ki, onu sәslәdilәr:
             – Mattis!
             Onu çağıran hәmin o müdrik insan – sahib özüydü. Güclü vә
          yaraşıqlı o iki nәfәrin susması elә dә әhәmiyyәtli deyildi. Onlar
          üçü dә o üç butaya malik idi.
             Mattis dәrhal hay verdi:
             – Artıq nahar vaxtı çatıb?
             Gözә görünmәyәn sahib ucadan:
             – Hә, gedirik, – dedi. – Bu möcüzәvi sәda göydәn gәlәrәk,
          tәpәnin yanından ötüb-keçdi vә yerә oturdu. Mattis artıq onların
          yanına tәlәsirdi.
             Lәklәri elәcә işlәnmәmiş qalmışdı.  Amma hәr halda, o,
          tarlanın o başını görürdü. Kifayәt qәdәr dirilib-dirçәlәn – çünki
          indi yol nahar süfrәsinә uzanırdı – Mattis düşündü ki, bundan da
          pis ola bilәrdi.
             İş yoldaşlarının yanına çatanda kimsә onu pis işinә görә
          tәnbeh elәmәdi vә hamılıqla evә tәrәf yol aldılar. Bir kәlmә belә
          demәsәlәr dә, Mattis әmin idi ki, onlar ancaq bu barәdә düşünür.

                                    181
   176   177   178   179   180   181   182   183   184   185   186