Page 178 - Tarey Vesos_Макет 1
P. 178

Tarey Vesos
                Ağlından keçdi ki, gәrәk yuxusunu әvvәldәn-axıracan bu
            qıza danışaydı. Peşmanlıq hissiylә:
                – Vәssalam, – mızıldandı, – demәk istәdiklәrim elә bu idi.
                Qız:
                – Tәәssüf, – dedi.
                Oğlan sanki onun da burada olduğunu bu iki nәfәrә xatırlatmaq,
            hәm dә işin hәlә qurtarmadığını yadlarına salmaq üçün:
                – İş başına! – dillәndi.
                Bu iki çalışqan gәnc sarıdan bәxti gәtirmiş sahib yaxınlıqda
            dayanıb gülümsәyirdi. Sәrsәm Mattis hesabdan deyildi, onu ciddi
            qәbul etmirdilәr.
                – Hә, hә, eşitdim, – qız әmrә cavabında dedi.
                – İş başına! – Mattis fikrindә güclә hiss edilәcәk tәrzdә
            tәkrar etdi. Bu, qızdan zarafatyana qapaz yeyәn oğlana da aid idi.
                Hamı tәzәdәn işә girişdi.
                Günәş get-gedә daha çox yandırırdı. Lәklәrin arasında solmağa
            mәhkum alaq otları atılıb qalmışdı. Torpağın nәfәsi isinmişdi.



                Mattis arxaya, sahibә baxdı. Mәgәr o, hәlә dә yorulmayıb?
            Әlbәttә, yox, gör bir necә güclü, ağıllıdı. Özü tamam heydәn
            düşmüşdü, susamışdı, әllәri sözünә qulaq asmırdı. Qız ona bayaq
            xeyli gümrahlıq gәtirmiş, amma indi hәr şey uçub-getmiş,
            öhdәsindәn gәlә bilmәdiyi iş canını almışdı. O üç nәfәr yenә
            tәpәnin arxasında gözdәn itdi, tarlada bir boşluq vә qüssә yarandı.
            Bir müddәt işi saxlamalı oldu, çünki tәzәdәn yerdәn alaq әvәzinә
            bugün-sabah yetişәcәk yemlik şalğamları çıxarmağa başlamışdı.
                Nәhayәt, tәpәni aşıb bu dәfә özünü daha tәnha hiss etdi. Elә
            bil o üç nәfәr tarlanı tamam tәrk etmişdi.
                Mattisin lәklәri nizamsız vә yöndәmsiz idi. O, işlәyә-işlәyә
            düşünürdü: gәrәk özümә çörәk qazanım. Azca oturdu. Onu görәn
            yox idi, başındakı qarma-qarışıq fikirlәr әllәrinә mane olurdu.
            Hә, hәm dә yorğun halda dincәlmәk adama lәzzәt elәyir.
                O üçlüyün yenidәn tәpәnin arxasından peyda olduğunu
            görәndә dәhşәtә gәldi. Onlar artıq buradadı! Yöndәmsiz halda

                                       178
   173   174   175   176   177   178   179   180   181   182   183