Page 157 - Tarey Vesos_Макет 1
P. 157

Quşlar
             Mattis belә fürsәti әldәn buraxmağı axmaqlıq hesab elәyirdi.
             – Sәnә dedim axı, indi uçur. Doğrudanmı sәn bu uçuşa
          baxmaq istәmirsәn? Sәni heç cür anlaya bilmirәm. Sәnin üçün
          vacib olan nәdi ki?
             Bu, lap ağ oldu. Xeqe dözә bilmәdi, yumruğuyla çarpayıya
          vurub qışqırdı?
             – Bu, sәnin ağlın çatan mәsәlә deyil! Elә danışırsan, guya
          sәn…
             Xeqe tutuldu.
             Mattis:
             – Guya mәn… kimәm? – qorxu içindә soruşdu.
             Xeqe ona sarı dönmәdәn bir dә qışqırdı:
             – Mәni rahat burax! Daha gücüm çatmır! Әgәr sәn elә indi…
          Xahiş edirәm, get! Çox gecdi, dincimizi almalıyıq!
             Xeqe divara qısıldı. Mattis onun çiyinlәrinin necә әsdiyini
          gördü. Bu mәnzәrә onu dәrindәn sarsıtdı. Belә baxanda, deyәsәn,
          heç bir günahı olmasa da, özünü günahkar hiss elәdi.
             Mattis çaşıb qalmışdı. Doğrudanmı Xeqenin xәtrinә dәydi?
          Axı onu bu uçuşla sevindirmәk istәyirdi. Elә bilirdi, bacısı da bu
          hadisәni onun qәdәr ciddi qәbul edәcәk.Valdşnep evlәrinin üstüylә
          uçur, amma Xeqe buna biganәdi. Әvvәl Mattisi danladı, indi dә
          uzanıb ağlayır. Bu vәziyyәtdә necә dә aciz vә yaraşıqsızdı.
             – Yaxşı, Xeqe… Mәn sәnin xәtrinә dәymәk istәmirdim. Bircә
          onu istәyirdim ki, sәn…
             Xeqe çoşdu.
             – Nә dedim sәnә! – elә bil özgәsinin sәsiylә qışqırdı.
             Mattis necә atıldısa, bir dә gördü qapıdadı.
             Qapını elә ehtiyatla örtdü ki, elә bil Xeqe artıq yatmışdı, onu
          oyatmaqdan ehtiyatlanırdı.
             Bütün insanlar fәrqlidi. Artırmaya çıxanda çaşqınlıq içindә
          düşündü. Xeqeylә mәn isә tamam fәrqliyik.
             O hәtta mәnә inanmır.
             Amma axı uçuşu öz gözlәrimlә gördüm. And da içә bilәrәm
          ki, gördüm. Sadәcә, bu günә kifayәtdi – axşam bitdi.
                                    157
   152   153   154   155   156   157   158   159   160   161   162