Page 153 - Tarey Vesos_Макет 1
P. 153

Quşlar
          çatmır. Amma aralarında nәsә bir әlaqә var idi. Hava elә şәffaf
          idi ki, Mattisә elә gәlirdi, onun tәrpәnişlәrini görür. Külәk nәdi,
          hәtta sapsağlam ağcaqovaqların bir yarpağı da tәrpәnmirdi.
             Qәflәtәn qәribә, zәrif bir sәs doğuldu. Anlaşılmaz çağırış.
          Mattis başı üzәrindә – havada aramla vә hәyәcanla çırpınan
          qanadların sәsini duydu. Vә yenidәn aciz quş dilindә zәif çağırış.
             Düz evin üstündәn nәsә uçub keçdi.
             Vә hәm dә düz Mattisin içindәn. O, lal heyranlıq içindә
          yorğun, karıxmış halda oturub qalmışdı.
             Bәlkә, bu, nәsә qeyri-tәbii qüvvәdi?
             Yox, әsl tәbii qüvvә, amma…
             Bu quş valdşnep idi. Günün bu vәdәsindә belә bir şey tәsadüf
          ola bilmәzdi. Bәli, Mattisin evi üzәrindә uçan valdşnep idi.
             Nә vaxtdan?
             Ötәn illәrdә orada uçan yox idi. Hәr halda, ötәn illәr Mattisin
          yaddaşında belә qalmışdı. O, demәk olar, hәr gün artırmada
          xeyli oturur, әgәr bu tәrәflәrdә uçuş olsa, gözdәn qaçıra bilmәzdi.
             Bu axşam valdşnep düz evin, Mattisin, Xeqenin üzәrindә
          uçurdu. İndәn belә o quş hәr sәhәr, hәr axşam burada uçacaq.
             Mattis evlәrini nәsә dәyişmiş kimi gördü, çünki indi ona
          başqa gözlәrlә baxırdı. Bu sanki onun dünyasının hüdudlarından
          xeyli kәnarda baş verәn qeyri-adi uçuşuydu. Vә o uçuş bu gün
          buradaydı, sadәcә, kefi belә istәmişdi.
             Bәlkә, gözünә görünür? Mattis bilirdi ki, onda belә şeylәr
          olur. Maraqlıdı, uçuş bir yerdәn başqa yerә köç elәyә bilәrmi?
             O, belә bir şey eşitmәmişdi. Vә nәdәn axı valdşnep mәhz
          buranı seçmәliydi?
             Mattis nәfәsini çәkib gözlәyirdi. Әgәr bu, doğrudan da, çәkici
          qüvvәdirsә, demәk, valdşnep indicә qayıdacaq.  Çünki axşamın
          çәkici qüvvәsinin davam etdiyi bir elә uzun olmayan müddәtdә
          quş eyni yerin üstüylә o baş-bu başa uçur. Mattis bunu bilirdi.
          Sübh tezdәn valdşnepi yenә eyni yer özünә çәkir. Bu barәdә ona
          bir ovçu danışmışdı. Mattis hәrdәn qurumuş gölmәçәlәrdә dimdik
          vә onun da yanında quş pәncәsinin incә izlәrini görürdü.
             Gözlәnti içindә donub-qalmışdı. Ona elә gәlirdi, vaxt çox
          uzanır. Tәrәddüdlәri artırdı.
                                    153
   148   149   150   151   152   153   154   155   156   157   158