Page 152 - Tarey Vesos_Макет 1
P. 152

Tarey Vesos
                Bircә mәni atma! – başında qövr edәn bu lal fikirlә öz
            yatağına çәkilәn Xeqeyә müraciәt etdi. Sәnin, ya mәnim başıma
            nә gәlsә belә, bircә mәni atma!
                Bu, heç dә yeni fikir deyildi, amma hәr dәfә ona yeni görünür
            vә әzab verirdi. Hәr dәfә bu fikri qovur vә özünә tәlqin edirdi ki,
            belә bir şey heç vaxt baş verә bilmәz. Xeqe bir dәfә dә, bir
            kәlmәy lә belә, onu atacağına işarә etmәmişdi. Nәyә görә bu cür
            fikir lәrlә özünә әzab vermәliydi?
                Amma bu mәnzәrә gözünün qabağından çәkilmirdi. Xeqenin
            yolla gedә-gedә ondan uzaqlaşdığını görürdü. Bacısı öz әşyalarını
            qoltuğundakı bağlamada aparırdı.
                Gedirsәn?
                Hә, Mattis.
                Bu cür hәyatdan yoruldun?
                Hә, Mattis.
                Vә getdi.
                Belәcә, Xeqe daha onun sözlәrini eşitmәdi, get-gedә
            balacalaşaraq, xırda qara nöqtәyә çevrildi – elә uzaqda da xırda
            nöqtә kimi donub-qaldı. Görünür, hәr halda, bu kәdәrli hәyatdan
            tamam itib qeyb olmaq istәmәdi.
                Elә bu vaxt möcüzә baş verdi.
                Mattis artırmada hәmişәki yerindә oturub Xeqenin öz yoluyla
            necә getdiyinә baxa-baxa fikrә dalarkәn nәzәrlәri gölün arxasında
            qaralan tәpәdә gәzişirdi. Su indi tamam qara, tәpәlәr tünd vә
            kәdәrli görünürdü. Göydә vә yerdә sirli-sehrli yay toranlığı hökm
            sürürdü. Mattis onu әhatә elәyәn gözәlliklәrә biganә deyildi.
                Onların evi tәpәdәn düz gölә qәdәr dayaz bataqlıq dәrәdә
            yerlәşirdi. İynәyarpaqlı meşәyә çinar vә ağcaqovaqlar da özünü
            qatmışdı. Dәrәnin altından çeşmә axırdı. Hәrdәn Mattisә elә
            gәlirdi ki, bura yaxınlıqda gördüyü bütün yerlәrdәn әn gözәlidi.
                Bәlkә, elә indi dә bu barәdә düşünürdü. Hәr halda, gözünü
            qırpmadan uzaqlara baxa-baxa, get-gedә adını bilmәdiyi zәrif
            nәyәsә çevrilәn toranlığı müşahidә edirdi.
                Gözlәmәdiyi şey dә elә bu an baş verdi.
                Ağcaqovaqların gecәnin qaranlığında qaralan quru başlarına
            baxa-baxa düşünürdü ki, külәk bu tәrәfә, demәk olar, gәlib
                                       152
   147   148   149   150   151   152   153   154   155   156   157