Page 156 - Tarey Vesos_Макет 1
P. 156

Tarey Vesos
                Mattis bacısını anlamadı. Elә bil o, nәsә yad bir dildә danışırdı.
                – Sәncә, bunun heç bir mәnası yoxdu? Sәn nә vaxtsa vald -
            şneplәrin uçuş yerini dәyişdiyini eşitmisәn? Valdşneplәrin adamların
            başı üzәrindә uçduğunu eşitmisәn?
                Xeqe yüngülcә çiyinlәrini çәkdi.
                – Hardan bilim?
                – Әlbәttә, sәn hardan bilәsәn. Dur, dur geyin, artırmaya
            çıxaq.
                – Artırmaya? Bu gecә vaxtı?
                – Hә. Bu uçuşu sәn dә görmәlisәn.
                – İstәmirәm.
                – Görmәlisәn! Valdşnep hәlә dә uçur – sәnin üçün bu uçuş
            heç nә olsa da…
                Xeqe tәzәdәn böyrü üstә çevrildi, bunun ona dәxli yox idi.
            Yorğun-yorğun әsnәdi:
                – Әlbәttә, uçan quşa baxmaq sәnin üçün maraqlıdı, – dedi, –
            mәn başqa vaxt baxaram. Әgәr uçuşun istiqamәti indi buradırsa,
            daha dәyişәn deyil, elәmi?
                Mattis ağzıaçıq vәziyyәtdә ona baxırdı.
                – Әgәr uçuşun istiqamәti indi buradısa, daha dәyişәn deyil, –
            tәşvişlә tәkrarladı. – Özü dә bu sözlәr sәndәn yox, әn ağıllı
            adamdan çıxır – qeyri-ixtiyari dedi.
                O, dilxor olmuşdu.
                Xeqe:
                – Bununla nә demәk istәyirsәn? – soruşdu.
                Gözlәri hәlә dә bacısına zillәnmişdi:
                – Demәk, sәn onda heç nә anlamırsan, – qәtiyyәtlә dedi.
                Mattis kefi pozulmuş, dilxor halda onun çarpayısının yanında
            dayanmışdı.
                Xeqe onun әlindәn tutdu. Mattis başa düşdü ki, bu, bacısının
            ona dostluq işarәsidi. Amma bu anlarda Xeqenin necә yorğun,
            әzgin halda olduğunu görmürdü. Bacısı yuyulmaqdan rәngi
            getmiş gecә köynәyindә ona baxmadan üzü divara uzanmışdı,
            ona baxmırdı.
                – Uçuşdan sabah danışarıq. İndi get yat. Yaxşı?

                                       156
   151   152   153   154   155   156   157   158   159   160   161