Page 159 - Tarey Vesos_Макет 1
P. 159

Quşlar
          әzәlәlәrini yoxlamaq istәyәndә köynәyinin qolu partlayıb cırıldı.
          Mattis dolu, gözәl әzәlәlәrinә baxıb gülümsәdi.
             – Bütün bunlar yaxşıdı, güc lazımım olacaq, – dedi vә iti
          nәzәrlәrlә yan-yörәsinә baxdı.
             – Siz hardasız? – qışqırdı.
             Onlar meşәlikdә gizlәnib gülüşdülәr.
             – Hәmişә olduğumuz yerdә.
             Ev, hәqiqәtәn dә, yenilәnmişdi. Mattis evә yaxınlaşıb onun
          qaranlıq pәncәrәsindә özünә baxdı. İndi qara pәncәrәdә әks
          olunan cavan oğlan kimi güclü, mәrd birisini ömründә görmәmişdi.
          Özünü büsbütün nәzәrdәn keçirdi. Hәr şey qaydasındaydı.
             Mattis qürurla soruşdu:
             – Siz dә görürsüz?
             – Narahat olma, görürük, – meşәlikdәn cavab gәldi, – sәndәn
          başqasını görmürük.
             – Bir az gözlәyin, – xahiş etdi.
             Xorla soruşdular:
             – Niyә?
             – Nә istәyirsәn, Mattis?
             – Hazırlaş, Mattis!
             – Hә, hә, narahat olmayın, – onlara elә öz sözlәriylә cavab
          verdi.
             Mattis başını әsdirib dәrhal hiss elәdi ki, içi qızlara, yeri
          gәlsә, hamıya deyilәsi yaxşı-yaxşı sözlәrlә doludu. Aciz baxışlar,
          vәssalam – әvvәl onda olan tәk bu idi. Gülümsәyib şüşәdә öz
          tәzә dilinә baxdı vә kәsәrli sözlәrdәn bir-ikisini sınaqdan keçirdi.
             – Ey, meşәdәkilәr, sizinlәyәm! – qışqırdı. – Hazırsınızmı?
             – Hazırıq. Hazırıq, – cavab verdilәr. – Hansımız gәlәk?
             – Ürәyimcә olan gәlsin, – cavab verdi vә әzәlәlәrini elә
          dartdı ki, köynәyinin qolları yenә cırıldı.
             Hәr şey elә maraqlıydı ki... Dәrhal hay verdilәr.
             – Sәnin yanına mәn gәlmәk istәyirәm.
             O biri sәslәr elә bil qeyb oldu.
             Budur, o qız artıq ağacların arasından çıxır. O daha gizlәnmir.
          Min dәfәlәrlә onu tәsәvvürünә gәtirsә dә, hәr halda, indi gördüyü

                                    159
   154   155   156   157   158   159   160   161   162   163   164