Page 151 - Tarey Vesos_Макет 1
P. 151

Quşlar
             “Mәni yedirir. Mәni yedirir”.
             Sözlәr ağcaqovağın gövdәsi kimi acıydı.
             İlbәil bu sözlәri yadda saxlamalı vә tәkrarlamalıdı. Bugünkü
          kimi, hәr dәfә tәkliyә çәkilәndә özünü bu sözlәri tәkrar-tәkrar
          demәyә mәcbur edir vә ağzında onun acılığını hiss edirdi. Bu,
          ona tanış olan sözlәrin әn acısıydı.
             Sabah tezdәn iş axtarmağa gedәcәm.
             Bir әngәl çıxmasa – dürüst görünmәk üçün әlavә etdi.
             Yaddaşının dumanında işlәmәk hәvәsiylә bağlı çoxlu xatirәlәr
          gizlәnirdi. Evlәrdә, tarlada, yaxud meşәdә. Amma hәr dәfә nәsә
          mane olur vә o, bir dәfә dә bundan dәrs almırdı. Qәsәbәdә daha
          ona iş tәklif etmirdilәr, hәr şeyi bacaran vә iş tәklif edә bilәn bu
          ağıllılar daha Mattisә barmaqarası baxırdılar.
             Hәmişә evә әliboş qayıtmalı olurdu. Xeqe artıq çoxdan buna
          öyrәşmişdi, daha әsәbilәşmirdi. Mattis onun üçün ağır bir yük
          idi. Özü dә bunu anlayırdı.
             Sәhәr özünü toparlamalıdı. Sahәlәrә baş çәkib, iş axtarmalıdı.
             – Gec-tez mәndә alınmalıdı, – sәrt ifadәylә boşluğa dedi. –
          Mәn işlәmәliyәm. Xeqenin artıq saçları da ağarıb.
             Beynindә bir fikir tәrpәndi: bacımın saçları mәnә görә ağarıb.
             Nәhayәt, hәqiqәt ona bәyan oldu! Vә xәcalәt çәkdi.



                                     5


             Vaxt uzanırdı. Mattis gec yatmağa adәt etmәmişdi. Bununla
          belә, evә keçmәk istәmirdi. Fikirlәr ona rahatlıq vermirdi. Vә
          insanı nәsә narahat edәndә yatağa girib oyan-buyana qurcalan-
          maqdan pis şey yoxdu…
             Bәlkә, Xeqe dә oyaqdı. Bәlkә, sadәcә daha mәni görmәmәk
          üçün belә tez getdi.
             Bu, mәnә xoş deyil, – ucadan dedi, elә ucadan ki, Xeqe
          divarın o üzündә eşidә bilsin.
             O, çox dilxor idi.
             Vә qәfil ağlına sarsıdıcı fikir gәldi.

                                    151
   146   147   148   149   150   151   152   153   154   155   156