Page 131 - Tarey Vesos_Макет 1
P. 131
Buz qəsr
Görәn, hәr şey yaxşımı gedir? İrәlidә gedәn oğlanlardan biri
Sissә yaxınlaşıb astadan soruşdu:
– Geri qayıdaq?
Siss diksindi:
– Nә? Geri?
Onun fikirlәrini necә oxuya bilmişdi? Doğrudan da, Siss
qarşıda onu gözlәyәndәn qaçmaq istәyirdi. Amma nәdәn? Onu
vahimәlәndirәn nәdi? Özü dә bilmir.
– Birdәn-birә niyә belә? Biz geri qayıtmaq fikrindә deyilik.
Oğlan:
– Yaxşı, – dedi, – onda yolumuza davam edәk.
– Oldu.
Sıxıntı hәlә dә keçmәmişdi, bu yürüşün qeyri-adiliyinin tәsiri
altında hamı әvvәlki ovqatda hәrәkәt elәyirdi. Zәncirvari yığcam
dәstә әyri-üyrü tәpәylә ikinci vadiyә tәrәf düşdü.
Biz Sissә görә bu yola çıxmışıq.
Sükutla addımlayırdılar vә onları mәktәbin hәyәtindә görәnlәr
ağıllarına belә gәtirmәzdilәr ki, bunlar hәmin uşaqlardı.
İndi daha az qalıb.
Nәyә az qalıb?
İkinci vadiyә enәndә Sissi hәyәcan bürüdü. Qarşıda onu
nәlәrin gözlәdiyini hiss etdi. Onu gözlәyәn nәdisә, qaçılmazdı.
Vә artıq özü dә bu gözlәntiyә mübtәladı, ondan hәzz alır.
Hәyәcan keçirә-keçirә canında nәlәrin baş verdiyinin izahını
özü üçün aydınlaşdırdı.
Mәn onların sırasına qayıdıram.
Bu vadidәn dә arx axırdı. Uşaqlar onu adlayıb keçdilәr.
Dayanıb nәfәslәrini dәrmәk istәmәdilәr, çünki o biri tәpәyә
qalxmağa tәlәsirdilәr. Bu yürüşün mәramı orada yenidәn vә bu
dәfә daha yaxından qarşılarında açılacaqdı.
Daha tәntәnәli görünmәk istәyirdilәr, amma elә tәlәsirdilәr
ki, tәpәnin yuxarı hissәsindә artıq, demәk olar ki, addımlamırdılar,
yüyürürdülәr. Elә bil gәlib çatanacan qәsrin uçub-dağılacağından
qorxurdular. Bu, әsәbi qaçış idi.
131