Page 130 - Tarey Vesos_Макет 1
P. 130
Tarey Vesos
tәbiәtli qız öz başçı sәlahiyyәtlәrindәn istifadә etmәdәn büsbütün
kәnara çәkilmişdi. O birilәr tez-tez Sissin yanına gәlib onunla
bir-iki kәlmә kәsir, sanki bununla onların da bu tәntәnәli yürüşün
iştirakçısı olmalarını nümayiş etdirmәk istәyirdilәr.
Hamı özünü sakit aparırdı. Kimsә sәs-küy salanda narazılıq
dolu sükutla sakitlәşdirirdilәr vә hәmin uşaq dәrhal vәziyyәti
anlayırdı. Hamı dәrk edirdi ki, bu yürüş Unnun xatirәsinә hәsr
olunub.
Hәmçinin hamı başa düşürdü ki, buz qәsr Siss üçün nәsә
xüsusi bir yerdi – yoldaşlarının da ona qoşulmasını, yәqin, buna
görә istәmişdi. Onlar bunu lazımi qәdәr düzgün dәyәrlәndirә
bilmişdilәr vә ona görә dә hamıda belә bir hiss vardı ki, o, adi
gәzintiyә çıxmayıb, hansısa ayini icra edir.
İlk vadiyә yaxınlaşdılar.
Yolları bir neçә xırda vadidәn keçirdi. Günәş artıq gücünü
toplaya bilmişdi, süpürgә kollarını vә ötәnilki solğun otları
isidirdi. Bu qoxu onlara erkәn uşaqlıq çağlarından boylanan
sevinc dolu sәhәrlәri xatırlatsa da, indi ürәklәri hәyәcanla
yüklәnmişdi. İrәlidә onları mәchulluq gözlәdiyindәn bu qoxu
uşaqları narahatlığa köklәyirdi. Onlar ayin icra edirdilәr, amma
quyruqlu göyәrçinlәr oxumağındaydı vә gözlәrinin qarşısından
çәkilmirdilәr.
Sissi ortaya salmışdılar, kәnara çәkilmәk istәyәndә yenidәn
dövrәyә alırdılar. Siss qәtiyyәtli vә susqun başçı-qıza baxa-baxa
fikirlәşirdi: siz niyә belә edirsiz?
Birinci vadi. Yol buradan tәpәyә qalxırdı, oradan isә aşağı
düşürdü – bilirdilәr ki, uzaqdan şәlalә görünәcәk. Odur ki, hamı
yeyin addımlarla qalxmağa başladı.
Belә dә oldu. Qaramtıl yaz torpağına qarışmış nәhәng buz
qәsr uzaqdan ağarırdı. Böyük daşqın hәlә onu çökdürә bilmәmişdi.
Siss üzәrindәki baxışları hiss etdi.
– Bәlkә, burada bir az dincәlәk? – soruşdu.
Siss yorulmamışdı, heç bu möhkәm uşaqların da istirahәtә
ehtiyacları yox idi. Amma bir az oturub qәsrә vә şәlalәyә tamaşa
etdilәr.
130