Page 132 - Tarey Vesos_Макет 1
P. 132

Tarey Vesos
                Budur, artıq şәlalәnin uğultusu eşidilir. Burada, aşağıda sәs
            elә ucadan gәlmirdi, elә bil tәpәliyi aşıb aşağı axaraq, onları
            qarşılayırdı.
                Nәhәng vә әvvәlki kimi uzaq olan qәsr buradan әmәlli-başlı
            ağarırdı. Bu qәsr başqa dünyaya mәxsus idi, sadәcә bir anlıq
            gözlәrinә görünmüşdü. O, düz Sissin qarşısında ucalırdı.
                Uşaqlar bayaqdan Sissi müşahidә edirdilәr. Qәsrin görüntüsü
            hamını sarsıtmışdı. Başçı-qız Sissә yaxınlaşıb astadan soruşdu:
                – İstәyirsәnsә, qayıdaq?
                Görünür, hamı onun qorxduğunu düşünürdü. Bu sualı ona
            artıq ikinci dәfә verirdilәr.
                – Yox, birdәn-birә niyә axı?
                – Bilmirәm, sәnin sifәtin yaman qәribәdi.
                – Sәnә elә gәlir. Hәm dә hamı ora getmәk istәyir.
                – Amma özün dә bilirsәn ki, bu, sәnin seçimindi.
                – Hә, – Siss razılaşdı.
                – Ona görә dә biz buradan geri qayıtmağa razıyıq. İndi sәnin
            baxışların elәdi ki, elә bil ora getmәk istәmirsәn.
                – Yox, yox, sizә elә gәlir.
                Siss çaşqın nәzәrlәrlә başçıya – hәmin o iradәli, ağıllı qıza
            baxdı. Sissi buz qәsrlә hansı xatirәlәr bağladığını o qız tәsәvvürünә
            belә gәtirә bilmәzdi.
                – Neynәk, necә istәyirsәn.
                Qız o birilәrә tәrәf dönüb dedi:
                – Dayanmadan şәlalәyә tәrәf gedәrik. Naharımızı da orada
            edәrik.
                Aşağı, üçüncü vadiyә düşürdülәr. Qaçan, tәlәsәn yox idi.
            Tәntәnә yerli-yerindәydi.
                Eniş asan olmadı. Aşağıya, üçüncü vadiyә tәrәf yolda kolluqlar
            vә meşәnin pöhrәliyi yollarını kәsdi. Talalardan keçә-keçә bәzәn
            bir-birlәrini gözdәn itirirdilәr. Sonra, tәbii ki, yollarına dәrin
            çalalı vә köpük papaqlı çeşmәlәr çıxırdı.
                Növbәti kolluğun yanına çatanda Siss azca karıxan kimi oldu
            vә bu zaman kimsә ona yaxınlaşdı. İrәlidә gedәn oğlanlardan
            biriydi. İndi geridә qalmışdı. Siss oğlanın gözlәrinә baxdı. Onun
            parıltısı qeyri-adiydi. Siss tez soruşdu:
                                       132
   127   128   129   130   131   132   133   134   135   136   137