Page 122 - Tarey Vesos_Макет 1
P. 122

Tarey Vesos
                                        5


                                   Açıq pәncәrә

                Azadlığı belә rahat qazana bilmәzsәn.
                Şәnbә axşamının gecәyә qarışan vәdәsiydi. Sinif yoldaşlarıyla
            birgә mәktәbdәn evә qayıdanda keçirdiyi sevinc hissi qeyb
            olmuşdu.
                Siss yataqda uzanıb sabahkı günü fikirlәşirdi.  Amma elә
            hәyәcanlıydı ki, ağlına bir şey gәlmirdi. Yuxuya da gedә bilmirdi.
            Narahat idi. İşıq yanırdı.
                Gözlәri açıq halda uzanmışdı, nazik ağ pәrdәli pәncәrәyә
            baxırdı. Qәflәtәn gördü ki, pәncәrәnin bir tayı açıldı. Qaranlığa
            açıldı. Bu nәdi?  Ardınca heç nә baş vermәdi. Sadәcә, pәrdә
            havanın hәrәkәtindәn yüngülcә qabardı, elә bil gözәgörünmәz
            kimsә qarnını irәli verdi vә hәr şey donub-qaldı. Meh dә yoxdu.
            Amma külәk var axı!  Yәqin, pәncәrәnin cәftәsini bağlamağı
            unutmuşdu. Amma yox, onu necә bağladığını yaxşı xatırlayır.
            Otağı da ikinci mәrtәbәdәdi.
                Gecә pәncәrә öz-özünә açılsın?! İstәr-istәmәz ağıla belә bir
            fikir gәlir: bu, elә-belә deyil.
                Qorxu iti caynaqlarıyla Sissin ürәyini sıxırdı, amma qışqır -
            maqdan özünü saxlaya bildi. Qoy valideynlәri divarın o üzündә
            ona görә sevinc içindә rahat yatsınlar. Bu yerdә onlar gücsüz
            idilәr.
                Pәncәrәdәn içәri soyuq hava kütlәsi doldu. Siss pәrdәnin
            arxasından görünәn qara düzbucaqdan gözünü çәkә bilmirdi.
            İndi nә baş verәcәk? Heç nә. Hәyatda belә şey olmur.  Açıq
            pәncәrәdәn heç kim içәri keçmir, pәncәrә sadәcә öz-özünә açılır.
                Özünü әlә alıb ürәyindә dedi: “Bütün bunlar cәfәngiyyatdı,
            özüm dә bunu әla bilirәm, xәyaldı. Pәncәrә açılıbsa, demәli,
            cәftәsi bağlı deyilmiş, külәk dә әsmәyindәdi, sadәcә, hiss
            elәmәmişәm”.
                Amma pәncәrә öz-özünә sәbәbsiz-filansız açılanda necә dә
            vahimәli olur. Gerçәkliyin harada bitib, xәyal oyununun harada
            başlandığını özün dә bilmirsәn.
                                       122
   117   118   119   120   121   122   123   124   125   126   127