Page 119 - Tarey Vesos_Макет 1
P. 119

Buz qəsr
             Heç cür özünü toparlaya bilmirdi. Bir gün partasında kağız
          gördü. Belә yazılmışdı: “Siss, hәr şeyin әvvәlki kimi olmağına
          azmı qalıb?”
             Mәktubun kimdәn olduğunu aydınlaşdırmaq üçün ora-bura
          boylanmadı, әksinә, partada bir az da aşağı әyildi.
             Deyәsәn, onlar xırda da olsa, qәlәbә qazanmışdılar.
             Xәlvәtcә Sissi müşahidә edirdilәr.  Amma heç dә hәr şey
          xәlvәti edilmirdi. Qışda uzunboğazıyla ona toxunan hәmin oğlan
          bir sәhәr ona yaxınlaşdı. Bәlkә, kimsә onu göndәrmişdi, bәlkә
          dә, könüllü gәlmişdi.
             – Siss...
             Oğlana kinsiz nәzәrlәrlә baxıb:
             – Nәdi? – sual etdi.
             Oğlan cavabında:
             – Hәlә dә hәr şey әvvәlki kimi deyil, – deyib düz onun
          gözlәrinin içinә baxdı.
             Sissin ürәyindәn әlini oğlana toxundurmaq keçdi.  Ya da
          oğlan özü ona toxunsaydı, daha yaxşı olardı. Heç biri yerindәn
          tәrpәnmәdi.
             Siss:
             – Hә, heç nә daha әvvәlki kimi deyil, – dedi. Sәsindә bir
          soyuqluq olsa da, sifәtindә yox idi. – Sәn axı sәbәbi bilirsәn.
             – Hәr şey yenә әvvәlki kimi ola bilәr, – oğlan inadla davam
          etdi.
             – Sәn әminsәn?
             – Әmin deyilәm, amma hәr şey әvvәlki kimi ola bilәr.
             Oğlanın bu sözlәri ona çox xoş idi, amma yenә dә... Siss
          gülümsәdi. Elә gülümsәdi ki, yanaqlarında batıqlar göründü.
          Amma tez dә özünü cәmlәyib sifәtinә adi ifadә verdi.
             – Sәni yanıma yollayıblar?
             Bu sәfeh sualdan sonra fikirlәşdi ki, gәrәk belә deyәydi:
          “Sәn bütün sinfin adından danışırsan?’’
             – Yox! – oğlan incidi.
             – Әlbәttә, yox.
             – Mәn özüm dә sәndәn nәsә soruşa bilәrәm.

                                    119
   114   115   116   117   118   119   120   121   122   123   124