Page 114 - Tarey Vesos_Макет 1
P. 114

Tarey Vesos
            xatirәdi. Qara qurdlar qaranlıq isti gecәlәrdә ara-sıra vuran
            soyuğun dalğaları arasından on kilometrlәrlә uzanan әraziyә
            sanki leysan kimi yağmışdı. İndi isә hamısı topa-topa sarımtıl
            sulara, ya da sarımtıl gölmәçәlәrә çevrilir.
                Ey, Siss.
                Uzaqdan gәlәn sәs. Sanki o dünyadan gәlәn sәs.
                Mәn indi eynilә damla vә budaq kimiyәm. Sәbәbini bilmirәm.
            Belә dә yaşayıram.
                Mәndәn vәd götürülüb, amma özümü azad hiss etmirәm. Hәr
            halda, mәni yenә nәsә әzir. Amma izah edә bilmirәm.
                Vә qәflәtәn yanğın kimi gözlәnilmәz bir hadisә.
                Ana yenidәn canlanıb:
                – Siss, sәnә bir tapşırığım olacaq. Dәrsdәn sonra gedә
            bilәrsәn?
                – Yaxşı.
                Niyә indi hәr şey başqa cürdü? Onlar nәyi hiss ediblәr?
            Bәlkә, mәnә elә gәlir?
                Siss anasının tapşırığının dalınca gedir. Әtrafda hәr şey
            çılpaqdı: iz, yağış, külәk. Bu gün mәktәbdә nәlәr oldu? Bilmirәm,
            mәn dayağımı itirmişәm. Bu vәd mәnim dayağım idi – qәddar da
            olsa, möhkәm bir dayaq. İndi onsuz qalıb nә edәcәyimi bilmirәm.
            Axşamın havasından yazın qoxusu gәlәndә isә tamam özümü
            itirirәm.
                Qәflәtәn Sissin arxasında insan vücudu peyda olur.
                Qonşuluqda yaşayan yeniyetmә oğlan da onun kimi yağışın
            vә külәyin arasından keçә-keçә yola çıxıb. Әynini isti elәyib,
            qan-tәr içindәdi. Siss qorxmuşdu, indi-indi özünә gәlir.
                Yeniyetmә:
                – Siss, sәnsәn? – dedi vә qıza elә gәldi ki, üzü nurlandı. –
            Sevinirәm ki, birtәhәr bu yolacan gәlә bildim. Şimal tәrәfdәki
            hәmin o tәpәlәrә qalxmışdım. Orada qar dizәcәndi, yeriyәndә elә
            bil bataqlıqdasan.
                Siss dә ona tәbәssümlә cavab verdi.
                – Uzağa getmişdin?
                – Çox. Amma başqa yerlәrdәn qar çәkilib. Çaya da düşdüm.

                                       114
   109   110   111   112   113   114   115   116   117   118   119