Page 115 - Tarey Vesos_Макет 1
P. 115

Buz qəsr
             – Çayın özünә?
             – Hә. Yol daha tam açılıb.
             Ona aydın oldu: demәli, hәlә dә kimsә axtarışlara davam
          edir. Sissin ürәyindә zәrif duyğular baş qaldırdı.
             – Bәs göldә necә, buz hәlә dә qalır?
             – Hә, – oğlan elә qәti dedi ki, sanki özü öz sözünü kәsdi.
             Amma Siss çox şeylәri bilmәk istәyirdi.
             – Elә әvvәlki kimi?
             – Әvvәlki kimi.
             – Amma yәqin, uzun çәkmәz.
             – Elәdi, çayın suyu xeyli qalxıb, hәlә dә qalxır.
             Necә dә yaxşı oğlandı, Siss onun qәt elәdiyi bu ağır yola
          görә oğlana minnәtdardı. Yәqin, bu, Sissin üzündәn dә oxunur.
             Bu vaxtacan yalnız onun suallarını cavablandıran oğlan qәfil
          özü danışdı:
             – Uğultu sәsi uzaqlara gәlib çatır. Bilirsәn, elә buzlar da lap
          uzaqdan görünür.
             – Belә de...
             – Hә, buradan çox da uzaq olmayan tәpәdәn dә görünür.
          Baxmaq istәyirsәnsә...
             – İstәmirәm.
             Sükut. İkisi dә fikirlәrindә itkin düşmüş Unnu tutduqlarını
          yaxşı bilirdi.
             – Qulaq as, Siss, – oğlan qәflәtәn nәvazişlә dillәndi.
             Daha nә?
             – Nә vaxtsa sәnlә rastlaşanda demәliydim ki... – oğlan
          davamını gәtirә bilmәdi, sonra inamsızlıqla davam etdi:
             – Daha heç nә elәmәk mümkün deyil, Siss...
             Deyәcәyi bu imiş. Bundan aydın demәk olmazdı. Siss cavab
          vermәdi.
             – Bu barәdә bir düşün.
             Hә, bundan aydın demәk olmazdı. O, birbaş onun qәlbindә
          tarıma çәkilmiş simlәrә toxundu, amma qәribәdi, Siss daha
          әvvәlki ağrını hiss elәmir, daha içindә etiraz vә hiddәt baş
          qaldırmır. Әksinә, bu sözlәr ona xoş gәlir.

                                    115
   110   111   112   113   114   115   116   117   118   119   120