Page 116 - Tarey Vesos_Макет 1
P. 116
Tarey Vesos
Astadan, az qala, pıçıltıyla soruşdu:
– Sәn haradan bilirsәn?
Oğlan cavabında:
– Üzr istәyirәm, – dedi. Bir qәdәr susandan sonra әlavә etdi: –
Sәnin yanaqlarında batıqlar var.
Siss başını azca arxaya elәyib dayanmışdı, yağış damcıları
sifәtindәn, batıq yanaqlarından axıb tökülürdü. Siss üzünü çevir-
di.
Qoy onun yanaqlarına baxmasın. İçi sevinclә doluydu.
Oğlan:
– Hәlәlik, – dedi, – evә gedib әynimi dәyişim.
– Hәlәlik, – cavab verdi.
Yolları ayrı istiqamәtlәrә idi. Oğlanla onun dost dairәsi dә
tamam fәrqliydi. Özü dә çox yekәydi, demәk olar, artıq cavan
oğlan idi.
Doğrudanmı sәbәb yanaqlarının batıq olmasıydı? Hә. Bilirdi
ki, mәhz bu idi.
Demәk, hәlә dә kimsә çayın sahillәriylә gәzә-gәzә Unnu
axtarır vә yorğun-arğın evinә qayıdır. Tәk-tәnha axtarır. Hәtta
qızın xalası buralardan getsә belә, kimsә bu mәnasız axtarışları
davam etdirir.
Qar, ölüm, bağlı qapılar dövrü qәflәtәn harasa uzaqlara
çәkildi... Hansısa bir oğlanın sәnә yanaqlarının batıq olmasını
demәsinin sevincindәn gözlәrin parlayır.
Yolun hәr iki tәrәfini quyruqlu göyәrçinlәr alıb. Addımlarını
yeyinlәtsәn dә, bu yolun bitmәmәsini istәyirsәn.
Amma yol bitdi. Siss evә çox erkәn qayıdıb gәldi. Üzündәn
görünürdü ki, nәsә olub.
Anası:
– Hava yaxşıydı? – soruşdu.
– Yaxşıydı? Külәk, yağış bir-birinә qarışıb.
– Belә yaxşıdı da, elә deyil?
Siss oğrun-oğrun anasına baxdı. Yox, daha başqa nәsә soruşan
deyil.
Ana daha nәsә soruşmadı.
116