Page 111 - Tarey Vesos_Макет 1
P. 111
Buz qəsr
olunmağın, özünә qapanıb qalmağın düzgün deyil. Bununla
yalnız özünә, başqalarına әzab verirsәn. Buna görә heç kim sәnә
“sağ ol” demәyәcәk, әksinә... Üstәlik, valideynlәrin dә sәnә görә
dәrd çәkir. Dediklәrimi eşidirsәn?
– Hә, әlbәttә!
– Gör sәnә nә deyirәm: o qayıtmayacaq, demәli, sәn dә
vәdindәn xilas olursan.
Xalanın bu sözlәri Sissi yenidәn heyrәtlәndirdi.
– Mәn vәdimdәn azadam?
– Hә.
– Mәni sәn azad edirsәn?
– Hә, mәncә, buna haqqım çatır.
Xalanın sәsindә bir әrkyanalıq vardı. Siss özünü itirdi. Birdәn-
birә çox yüngüllәşmişdi, amma eyni zamanda şübhәliydi.
Xala onun әlindәn tutdu.
– Gәl razılaşaq. Danışdıq?
– Amma bilmirәm, bu, düzgün hәrәkәtdimi?
– Düzgün hәrәkәtdimi? – xala incik halda sualı tәkrarladı.
– Ki, sәn mәni azad elәyә bilәrsәn. Çünki o vaxt mәn...
– Demәk, gör bir mәsәlә nә qәdәr böyüyüb. Amma yәqin,
sәn özün dә yazda bu haqda az düşünmәmisәn, elәmi?
– Әlbәttә, amma...
– Belә çıxır, hәr şey yoluna düşәcәk. İndi ürәyim, azca da
olsa, yüngüllәşdi.
Siss minnәtdarlıq hissiylә:
– Qәribә adamsan, – dedi.
O, hәlә dә xalanın dediklәrinә inana bilmirdi. Vәddәn azaddı?
Elәdi? Nә hisslәr keçirir – sevinc, yoxsa kәdәr? “Qәribә adamsan”.
Bu sözdәn başqa, ağlına bir şey gәlmәdi.
– Gәl qayıdaq, – xala tәklif etdi. – Çox gec qayıtsaq, yaxşı
alınmaz.
– Yox, biz doyunca gәzә bilәrik.
Ağacların, evlәrin, tәpәlәrin cizgilәri get-gedә gözlәri qarşısında
daha da әriyib görünmәz olurdu. Bәzәn kömür kimi qara nәsә
üstlәrinә gәlirdi. Onlar yaxınlaşanda Sissin qorxudan ürәyi
111