Page 109 - Tarey Vesos_Макет 1
P. 109

Buz qəsr
             – Hә, elә hey soruşurdular, soruşurdular, axırda dözә bilmәdim.
          Elә suallar verirdilәr ki, cavabını bilmirdim. Elә hey soruşurdular...
             – Bilirәm, xәbәrim var. Amma unutma ki, bu, axtarışların lap
          әvvәlindә idi. O vaxt insanlar nәsә bir iz tapmaq üçün bütün
          yollara әl atırdılar. Elә mәn dә, yadındamı, çaşqınlıq içindә
          sәndәn nәsә öyrәnmәk istәyirdim. Bunun sәnin gücün xaricindә
          olduğu birimizin dә ağlına gәlmirdi.
             – Daha mәndәn әl çәkiblәr.
             – Hә, görәndә ki, heç bir xeyri yoxdu, mәsәlәni qapatdılar.
             Siss gözünü xalaya zillәdi.
             – Qapatdılar?
             – Hә. Özün dedin axı, sәndәn әl çәkdilәr. Elә özün dә
          çoxdandı kiminsә bu dәhşәtli tarixçәni sәnin yanında xatırlamasını
          eşitmәmisәn. Qadağanı sәni müalicә edәn hәkim qoymuşdu.
          Mәktәbdә dә hamıya belә tapşırmışdılar.
             Siss indicә eşitdiklәrindәn elә heyrәtlәndi ki, sәsi güclә çıxdı:
             – Nә?
             Siss düşündü ki, nә yaxşı bu qaranlıqda bir-birlәrinin üzünü
          aydın görә bilmirlәr. Yoxsa bu mövzuda danışa bilmәzdilәr. Xala
          söhbәt üçün münasib vaxt seçmişdi.
             – Gördüyün kimi, onlar bu mәsәlәyә ciddi yanaşmışdılar.
          Sәn tamam haldan düşmüşdün. Mәncә, özün dә bunu bilmәliydin.
          Ona görә dә qәrara aldım ki, getmәzdәn әvvәl hәr şeyi sәnә
          danışım.
             Siss hәlә dә susurdu. Nәhayәt, onu heyrәtlәndirәn çox şeyin
          izahını tapdı. Xala davam etdi:
             – İndi, daha hәr şeyin arxada qaldığı bir vaxtda sәn hәqiqәti
          bilmәlisәn. İndi, hamının ümidinin üzüldüyü bir vaxtda...
             – Arxada? Nә arxada?
             – Bu barәdә dә sәninlә danışmaq istәyirәm.
             Sissin ürәyi bәrk-bәrk döyündü. Amma xala yenidәn әvvәlki
          söhbәtә qayıtdı:
             – Ancaq elә bilmә ki, hamı Unnu unudub. Bilirәm ki, elә
          deyil. Onlar mәnә çox kömәk etdilәr. İndi dә tam çaşqınlıq
          içindәyәm: gәrәk hamısına bir-bir baş çәkib tәşәkkürümü bildirim,
          amma sadәcә halım yoxdu. Mәn dә belә adamam.
                                    109
   104   105   106   107   108   109   110   111   112   113   114