Page 123 - Tarey Vesos_Макет 1
P. 123

Buz qəsr
             Siss gәrgin gözlәnti içindә donub-qalsa da, sakitliyini itirib
          vahimә keçirmirdi. O sanki baş verәcәklәrә hazır idi. Әvvәlki
          qorxuları onu bәrkitmişdi vә indi olacaqların әn pisinә köklәnmişdi.
             Bununla belә, yenә sabahı düşünürdü. Bu, mәnim son günüm
          olacaq. Qәflәtәn beynindәn belә bir fikir keçdi. Pәncәrә dә ona
          görә açıldı. Bu nәdisә, buz qәsrә sabahkı yürüşlә әlaqәlidi.
          Qәsrdә nәsә baş verәcәk. Hiss elәdi ki, dәhşәtdәn әllәri, ayaqları
          boşalır. Qorxu eynilә donmuş göldәki buz kimi xırçıldayırdı.
             Qәsrә getmәyi mәn özüm tәklif etdim vә onları yola gәtirmәk
          çәtin olmadı. Sabah isә orada bәdbәxt hadisә baş verәcәk.
             Sonuncu gün. Buzun nәhәng ağ layı yellәnir. Çay hücum
          çәkib onu parçalayır.
             O, nәlәr olacağını aydın görür. Bütün sinif coşquyla qәsr
          boyu gәzişir: onlar Sissin yaşantılarını keçirmәyiblәr. Onlar hәr
          tәrәfi әlәk-vәlәk edirlәr, dama, günbәzә qalxmaq istәyirlәr.
          Şәlalәnin vәhşi uğultusunu batırmaq üçün Siss onlara qışqırır:
          “Ora tәhlükәlidi!” Amma sәsi hay-küyün içindә eşidilmәz olur.
          Onlar dama qalxır, özü isә hamıdan әvvәl oradadı. Ümidsiz
          hәrәkәtlәrlә bir-birlәrinә buranın tәhlükәsindәn xәbәr vermәk
          istәyirlәr, amma әksinә, qalxmaqda davam edirlәr. Vә bu yerdә
          hәmişә gözlәdiyi vә rahatlığını pozan hәmin an yetişir. Qәsr dә,
          çay da elә bunu gözlәyirmiş. Buz vahimәli sәslә çatlayır. Onlar
          yuxarıdadı, hamını bu dәhşәtә o özü cәlb elәyib. Qәsr ayaqları
          altındaca dağılır, suyun tәzyiqi ilә yellәnә-yellәnә qabağa, köpüklü
          çaya yıxılıb, yuxarıda dayanan bütün uşaqları özüylә aparır. Bu,
          sondu. O, bunun baş verәcәyini kәdәrli matәm nәğmәsini oxumağa
          hazırlaşan sәrt ifadәli kişilәr qәsri dövrәyә alan andan hәr gün
          gözlәmişdi.
             Siss bütün bunları açıq pәncәrәdәn gözünü çәkmәdәn gördü.
          Sabah baş verәnlәri gözü önünә gәtirmәk üçün azca da әziyyәt
          çәkmәdi, bu mәnzәrә qarşısında öz-özünә açılmışdı. Tәşviş-zad
          keçirmәdi, iştirakçı olsa da, sanki hәr şeyin kәnar müşahidәçisi
          idi.
             Doğrudanmı sabah belә edә bilәrәm?
             Cürәtim çatar?

                                    123
   118   119   120   121   122   123   124   125   126   127   128