Page 358 - Tarey Vesos_Макет 1
P. 358

QIŞIN SON GÜNLӘRİ


                                     (hekayә)

                Göydәn sıx, pambıq kimi ağ qar dәnәciklәri yağırdı. Amma
            bu, heç nәyi dәyişmirdi. Bu axşam hәr şey gözәl idi.
                Әtrafda pәrakәndә tikilmiş evlәri “şәhәr” adlandırmaq çәtin
            idi. Onlar tәpә boyu nizamsız şәkildә düzülәrәk xeyli sayda küçә
            vә dalan әmәlә gәtirmişdilәr.
                İndi bu evlәrin üstü qarın ixtiyarındaydı vә yumşaq qar
            dәnәciklәri dar dalanların parlaq küçә fәnәrlәrinin işığında daha
            aydın görünürdü. İşıq zolaqları qarı olduğundan da ağ göstәrirdi.
                Qar bu sakit küçәlәrә yağdıqca yağırdı. Fәnәrlәrin altında bir
            ayaq izi belә yox idi. Hamı  öz evindәydi.


                Amma yox, bu gözәl axşama elә buradaca dayanıb sevinәn
            dә var idi. Evin divarının kölgәsindә ortaboylu bir qız dayanıb-
            durmuşdu. Daha doğrusu, o qız divarın yarımkölgәsindә dayanmışdı.
            Çünki qar vә fәnәr hәr tәrәfi elә işıqlandırmışdı ki, kölgә, demәk
            olar, itmişdi.
                Qız çoxdan buradaydı, izlәri dә artıq yox olmuşdu, sanki o,
            bura qarla birgә qaranlıq göydәn enmişdi.
                Tәrpәnmirdi. Elә bil bu kimsәsiz yerә belәcә, qara bәlәnmәk
            üçün gәlmişdi. Amma әslindә, bura gәlib qarın altında üşüyә-
            üşüyә dayanmağının tamam başqa sәbәblәri var idi.
                Yox, bu qar mәni dondurmaz, dondura bilmәz! Sevinc hissinin
            çoxluğundan boğula-boğula düşünürdü. Hәmin o qәmli, çuqun
            adamı altındakı kürsüsüylә birlikdә dondurur, qoy dondursun,
            özü bilәr, amma mәnә soyuq-zad deyil, әksinә, qardan isinirәm.
                Düzü, qar yanımdan uçub-keçir, üstümә düşәndә isә daha
            xoş olur.
                Bununla belә, sıx, nәm qar dәnәciklәri onun çiyinlәrinә, iplә
                                       358
   353   354   355   356   357   358   359   360   361   362   363