Page 362 - Tarey Vesos_Макет 1
P. 362
Tarey Vesos
andaca elә bil hәr tәrәf isindi. Oğlan dayanıb ona baxırdı.
Qızın göz yaşlarının axmağıyla qurumağının bir olduğunu
görüb:
– Bax bu, yaxşı oldu, – dedi.
Qız onu anlamadı, yalnız bir şeyi soruşmaqla kifayәtlәndi:
– Sәbәbini dedi?
Oğlan dinmәdi, sonra dediyi sözdәn isә qız sәksәndi.
– Gәl, sәni qardan tәmizlәyim.
Qız xәyallara dalmışdı. Oğlan qızın razılığını gözlәmәdәn
işә başladı. Köhnә әlcәklәrini yerә atıb, yalın әllәriylә qızın
başındakı oğlan şapkasını onun üstünü bәzәyәn qar tacıyla birlikdә
çıxardı.
– Daha sәni bәzәndirәn olmayacaq, qar artıq dayanıb.
Hә, qar daha yağmırdı. Qız yalnız indi bunu sezdi. Hәr tәrәf
sakit vә isti idi. Oğlan qızın şapkasını çırpıb tәzәdәn başına
qoydu vә o, yenidәn әvvәlki bәstәboy qıza çevrildi. Oğlan onun
çiyinlәrindәki qar topalarından sanki utanırdı.
– Gәrәk sәni qardan tamam tәmizlәyәk, – deyirdi. – Buranı
da, buranı da tәmizlәyәk. Bax belә, aramla, asta-asta…
Sinәsindәki yüngül qar örtüyünü tәmizlәyәndә qız hiss elәdi
ki, oğlanın әllәri nәsә әvvәlki inamını itirib. Düşündü ki, yәqin,
әllәri soyuqdan donub.
İndi nә edәcәk?
Qız nәfәsini udub dayanmışdı. Oğlanın әllәri isә öz işindәydi.
Vә o, get-gedә adi qıza çevrilirdi.
Nәhayәt, oğlan:
– Vәssalam, qurtardıq, – dedi, amma getmәdi.
İndi nә istәyir?
Qız yenә nәfәsini uddu. Hiss edirdi ki, oğlan demәyә söz
axtarır. Üstündәn qarı tәmizlәyәndә ona baxmaq necә dә xoş idi.
Qәflәtәn oğlan dillәndi:
– Sәn ağlayırdın.
Nә cavab versin? Oğlan olanı demişdi.
– Deyirәm, sәn ağlayırdın.
– Demәli, bir sәbәb varmış.
362