Page 361 - Tarey Vesos_Макет 1
P. 361

Qışın son günləri
             Cavab gәlmәdi. Oğlan susmuşdu vә heyrәtlә qıza baxırdı.
          Gözünü qızdan çәkmәdәn onun әtrafında dövrә vurdu. Qız ona
          sarı dönmәdi, pıçıltısı da elәcә havaya ünvanlandı:
             – Nәsә olub?
             Oğlan, nәhayәt, özünә gәldi. Qızın üzünә baxdı. Amma suala
          cavabı olmadı. Qız içindә olanları hamıyla bölüşmәyә can atsa
          da, daha әvvәlki kimi göz qamaşdırmırdı.
             Oğlan qәflәtәn sәsi kәsilә-kәsilә dillәndi:
             – Hә, olub… amma sәn qorxma.
             Qıza elә gәldi ki, ürәyinә xәncәr soxdular. Sanki qeyri-
          ixtiyari oğlanın hәlә dilinә gәtirmәdiyi sözü eşitdi.
             – Gәlmәyәcәk?
             Oğlan gözünü ona zillәyib susmuşdu.
             Qız özündә cәsarәt tapıb, cavabı әvvәldәn bilsә dә, әn
          qorxduğu sualı ünvanladı:
             – Getdi?
             Oğlan başını tәrpәtdi.
             Bu oğlan da çox gәnc idi. İndi onun gözlәri parlayırdı.
             Qız tәrpәnmirdi vә qar әvvәlki kimi elәcә üstündәydi. Dayanıb-
          durmuşdu. Oğlanın gözlәri isә parıldayırdı. Qәflәtәn qıza elә
          gәldi ki, qar uçqunu altında qaldı. Hәtta gurultu sәsi dә eşitdi.
          Soyuq külәk әsdi. Yox, axı üstündәn bircә qar dәnәciyinin belә
          düşmәdiyini öz gözlәriylә gördü.
             – Sәni bunu mәnә demәk üçün göndәrib?
             Oğlan cavab vermәk istәmirdi. Başını tәrpәtdi dә, mәgәr bu,
          bәs deyil?!
             Özünü toparla! – içindәn gәlәn sәs qıza deyirdi.
             Amma elçi tamam başqa şeydәn danışdı.
             – Sakit, tәrpәnmә. İndi necә göründüyünә özün dә mәәttәl
          qalarsan.
             Oğlan ona tapşırılanı deyә bilmәzdi. Aldığı bu tapşırığı yerinә
          yetirmәk onun gücü xaricindә idi.
             Ürәyinin bir yerindә indi necә göründüyünü qız özü dә
          bilirdi. Neynәk, qoy necә istәyir, elә dә olsun. Qız daha dözә
          bilmirdi, gözlәrindәn yaş sel kimi axdı, dәrhal da qurudu. Vә bu

                                    361
   356   357   358   359   360   361   362   363   364   365   366