Page 360 - Tarey Vesos_Макет 1
P. 360

Tarey Vesos
                Bu barәdә düşünmәk belә tәhlükәliydi.  Artıq qarın onu
            gözәllәr gözәlinә çevirdiyini dә unutmuşdu. Fikirlәri qar fırtınası
            kimi dövrә vururdu, onları tutub saxlamaq mümkün deyildi.
            Әslindә, buna cәhd dә elәmirdi. Hәyatında olanları xatırladı.
            Onlar o qәdәr dә çox deyildi.
                Yan-yörәsinә baxıb özünә dedi: yaxşı ki adamın nә düşündüyünü
            üzündәn oxumaq olmur.
                Düşüncәlәri – onun sirlәridi.
                Qar isә yağdıqca yağır, onu da ağ sehrinә bәlәyirdi. Qız hәr
            şeyә sevinirdi. Balaca, yüngül, on yeddi yaşlı qız.
                Düşündü ki, o oğlan da ondan böyük olmaz. Daha çox
            qalmayıb, hansı yolla olur-olsun, onun barәsindә nәsә bir şey
            öyrәnәcәm. İndilәrdә gәlib çıxar. Axı birinci gәlib gözlәmәyi
            özüm istәdim.
                Budur, gәlir.
                Uçan qarın içiylә kiminsә bu tәrәfә gәldiyini sezdi. Hәlәlik
            gözә dәyәn yalnız hәrәkәtdә olan namәlum bir qaraltı idi.
                Mәn isә büsbütün qar içindәyәm. Ona yaxınlaşan kişi, ya da
            oğlan idi. Qız diksindi. Gözlәdiyi adam deyildi. Başqasıydı, bu-
            ralarda, qonşuluqda yaşayırdı. Elә bir tanışlıqları da yox idi.
            Gözlәdiyi isә buralı deyildi. Bәs onda bu, nәdi? Yәqin, o oğlanın,
            sadәcә, yolu buradan düşüb. Tәrpәnmәk lazım deyil.
                Amma oğlan gәlib ona çatanda ayaq saxladı. Bu qıza, onun
            gözәl libasına vә qarın altında par-par yanan gözlәrinә baxdı.
                – İlahi!.. – oğlanın içindәn nida qopdu vә heyrәtdәn donub-
            qaldı. Gözünü qızdan çәkә bilmirdi.  Vә qız da qeyri-iradi bu
            baxışlara bütün naz-qәmzәsiylә cavab verdi. Әslindә, bu, öz-
            özünә alındı, qız hәtta bu baxışlardan utanmağa belә imkan
            tapmadı. Qarlı kirpiklәrinin altından baxan gözlәri işım-işım
            yanırdı. Artıq o kölgәdәn dә әsәr-әlamәt qalmamışdı.
                Oğlan lap yaxınlaşdı. Qız qәflәtәn qorxub pıçıldadı:
                – Nәsә olub?
                Oğlan әlini uzadıb sanki qızı bürüyәn qara toxunmaq istәdi,
            amma dәrhal da çәkdi. Deyәsәn, nә istәdiyini özü dә bilmirdi.
                – Nәsә olub? – qız tәzәdәn pıçıldadı.

                                       360
   355   356   357   358   359   360   361   362   363   364   365